Modern.az

Hacıların sonuncu qrupu bu gün vətənə dönür

Hacıların sonuncu qrupu bu gün vətənə dönür

Aktual

25 Avqust 2019, 10:13

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu bu gün Vətənə dönəcək.

 

Bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

 

Zəvvarların sonuncu qrupunu gətirən təyyarənin saat 21:00 radələrində Bakıya çatması nəzərdə tutulub.

 

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.

 

Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılmışdı. Onlar 8 təyyarə reysi ilə geri qayıdırlar.

 

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır