Modern.az

Ermənilər Ağrı dağında separatçı rejimin “bayrağı”nı qaldırdı - TƏXRİBAT

Ermənilər Ağrı dağında separatçı rejimin “bayrağı”nı qaldırdı - TƏXRİBAT

27 Avqust 2019, 19:37

Ermənilər növbəti dəfə təxribata əl atıblar.

 

Modern.az xəbər verir ki, 12 ölkədən toplaşan 47 erməni alpinist Türkiyənin Ermənistanla sərhədi yaxınlığında yerləşən Ağrı dağında Ermənistan bayrağı ilə yanaşı, qondarma Qarabağ rejiminin “bayrağı”nı da qaldırıblar.

Tədbir dünya ermənilərini öz sıralarında birləşdirən “Homenetmen” idman təşkilatı tərəfindən təşkil olunub.

 

Xatırladaq ki, ermənilər “Ararat” deyə adlandırdıqları Ağrı dağına iddia edirlər. Dağın təsviri Ermənistanın dövlət gerbində də əks olunub.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir