Arxiv
28 Avqust 2019, 15:46 | ƏDƏBİYYAT
Sonuncu qərib ölümümüz olsun!..

Yurd itkisi, yurd həsrəti çoxlarının ömrünü qısaltdı, çoxlarını vaxtsız öldürdü. Və arzularını da özləri ilə birgə öldürüb apardı. Bir köçkün soydaşımızı da bu dünyadakı cənnətinə qovuşmamış o dünyadakı cənnətə apardı. Kəlbəcər boyda cah-cəlalına yetişməyə aman vermədi, zorla cənginə alıb apardı. Özünə qalsaydı, heç Kəlbəcərsiz gedərdimi? Ümidi çox idi qayıtmağa, ümidini üzmürdü, elə inanırdı ki, Kəlbəcərə gedəcək. Amma gedə bilmədi...


Akif Yusifov səfalı, şəfalı Kəlbəcərin Nəbilər kəndindən idi. Amma mən onu Kəlbəcərdə yox, Yevlaxda görmüşdüm. Orada məcburi köçkünlər üçün salınan 615 ailəlik müasir qəsəbədə. AzTV-dən çəkilişə getmişdik həmin qəsəbəyə... Bu qəsəbə 2010-cu ildə salınmışdı və açılan gündən də Akif Yusifov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Yevlax rayonu üzrə rəisi idi. Qəsəbədə hər şey vardı yaşamaq üçün. Uzun illər köçkünlüyün ağrı-acısını, ağır, dözülməz şəraitini görəndən sonra ağ günə çıxmışdılar, bu şəraiti onlara yaradan dövlət başçısına dua edirdilər. Amma yenə də ürəklərindən qara qanlar axırdı, Kəlbəcəri istəyirdilər...


O da Kəlbəcəri istəyirdi, çox sevirdi yurdunu. Onun az qala hər obasının, hər daşının, hər abidəsinin tarixini əzbər bilirdi, qarış-qarış gəzmişdi Kəlbəcəri. Yurdunun havasının, suyunun saflığı da mənəviyyatına hopmuşdu. Bu rayon ona övlad qədər əziz idi. Sözünün əvvəli də, sonu da Kəlbəcər idi. Bizə müsahibəsində Elşən Əzimin şeirini də oxumuşdu. O şeir məni də çox kövrəltmişdi...

 

Bizimlə bir dəstə açar gəlibdi,

Məhlənin açarı, evin açarı.

Kefim qıfıllanıb üzümdə mənim.

Qalıb evimizdə kefin açarı.

 

Inadım əyilib, vüqarım sınıb,

O da qalaq-qalaq il altındadı.

Bilirəm, qapımız o vaxtdan yanıb

Qıfıl bir kalafa kül altındadı.

 

O qıfıl dil açar günün birində,

Sükutun əlində çürüyür, itir.

Onun torpaq olmuş açar yerində

Hər bahar bir həsrət çiçəyi bitir.

 

Çaşdımı tərk etdi oba yurdunu?

Dərdi köç üstünə aşırıb gəldik.

Bizdə ürəyə bax, baba yurdunu

Bir paslı qıfıla tapşırıb gəldik.

 

Çaylar qayalardan asılı qaldı,

Bulaqlar ağladı, kiridi orda,

Bu boyda həsrətin, bu boyda dərdin,

Açarı burdadı, kilidi orda...

 


39 yaşında çıxmışdı Kəlbəcərdən. Ailədə 11 uşaq olublar: beş bacı, altı qardaş. O, sonbeşik idi. Dədə yurdu ona əmanət idi. Hamı pərvazlanıb uçmuşdu bu yurddan, özünə ayrıca ev-eşik qurmuşdu. Amma bu ev, bu ocaq bacı-qardaşların ən doğma görüş yeri idi. Daha çox da yay aylarında. Elə ki, yay gəldi, oğul-uşaq, nəvə-nəticə - hamı “dədə ocağı”nın başına yığışardı. Onda ən çox sevinən də elə evin sonbeşiyi Akif olardı. Hamının qulluğunda durardı, əziyyətini çəkərdi, qayğısına qalardı. Maşallah olsun, 87 nəvə-nəticəsi vardı bu ocağın...


O böyük ocağı, o böyük yurdu qoyub gəlmişdi. Kəlbəcər sevgisi, Kəlbəcər dərdi isə bircə gün də başından çıxmırdı. Hələ özü də hərdən bu dərddən, bu yanğıdan alovlanıb şeir yazarmış...

 

Soruşub halımı bilmək istəsən,

Dərdimin çarası Kəlbəcərdədir.

Sevinən qəlbimin, sevən qəlbimin

Bülbülü şeydası Kəlbəcərdədir...

 

Məni doğma bilib əziz bəsləyən,

Könlümün sirrini bilib səsləyən.

Gözümdən bir an da uzaq getməyən,

Ürəyimin parası Kəlbəcərdədir...

 

Akifin qəlbində qoy dursun aləm,

Heç kəsi tapmasın nə kədər, nə qəm.

Cahan mülküm ola, aləm də xəznəm,

Gözümün qarası Kəlbəcərdədir...

 


Dərdinin çarəsi min bir dərdin dərmanı olan Kəlbəcərdə qalmışdı. Və bu “dərd” də günün birində yaxaladı onu. Öz də elə pis vaxtda yaxaladı ki... Oğlu Elnur təhsilini bitirmişdi, əsgərliyini çəkmişdi, indi ona son ata borcunu verməyə hazırlaşırdı, noyabrda toy edəcəkdi sonbeşiyinə. Səbirsizliklə həmin günü gözləyirdi...


Qəsəbədə hamının doğması idi Akif Yusifov, çünki heç kimi bir-birindən ayırmırdı. İnsanlığı, diqqəti, xoş ünsiyyəti ilə hər kəsin hörmətini qazanmışdı. Mərd insan idi, hamıya can yandırırdı, hamının köməyinə çatırdı. Qəsəbə sakinləri də başına and içirdi, o sarıdan kirimirdilər. Bu gün isə yoxluğunun acısını yaşayırlar, qəfil ölümü ağır gəlir hamıya. “Yaxşı adam idi, xeyirxah adam idi, hələ indiyədək uşaqdan-böyüyə heç kimin xətrinə dəyməmişdi, heyf, vaxtsız getdi, Kəlbəcəri görmədi, getdi...” deyirlər.  


Qohum-qonşu, kmsə xəstələnəndə, yatağa düşəndə, kiminsə ayağına daş dəyəndə hamıdan tez kəsdirərmiş başının üstünü. Elə bil ölümü də agah olubmuş özünə. Ölümündən əvvəl Gəncəyə gedib, xəstə bacısı Gülxara baş çəkib. Bacısı deyir, qapıdan çıxdı, yenə qayıtdı, bir də geri baxdı. Sonra gedib digər bacıları ilə də görüşüb, qardaşları ilə zəngləşib. İndi doğmaları onu nisgil qarışıq məhəbbətlə xatırlayırlar. Bacısı oğlu Sənanın dedikləri: “Özü sakit adam idi, ölümü də adamın ağlına gəlməyəcək qədər “sakit” oldu. Ürəyi tutub qəfildən, maşının sükanı arxasında. Seyid Yusif Ağanın oğlunun yasından gəlirmiş... Biz onunla dayı-bacı oğlundan daha çox dost idik. Uşaqlığımız onun yanında keçib, tətillərdə babamın evində olmuşuq. Mənə el-obaya hörməti, qohum-əqrəbaya qayğı hissini o öyrədib. Aramızdakı yaş fərqinə baxmayaraq, gəlirdi məktəbə, çıxıb gəzirdik, dost kimi söhbət edirdi. Heç yadımdan çıxmır, əsgərlikdə olanda mənə çox məktub yazırdı. Ən çox da Kəlbəcərdən yazırdı. Kəlbəcərin təbiətinin vurğunu idi, ürəyi orada qalmışdı. Orta məktəbi Kəlbəcərdə oxumuşdu, Gəncədə ali təhsil almışdı. Sonra evləndi, yadımdadır, istədiyi qızı qaçırtmışdı, öz də bizə. Bir ay bizdə qaldılar. Bizim də bacımız yox idi, elə bilirdik, bibim bizə böyük bacıdır, çox dadlı yeməklər də bişirirdi. Bir-birini çox istəyirdilər... İndi bibim üçün daha çətindir, heç üzünə baxmaq olmur. Dayım tam fərqli bir insan idi, hamımızın məsləhət yeri idi. Sanki kiçik dayı deyildi, hamı ağsaqqal kimi baxırdı ona, onu böyük hesab edirdi. Hərdən məni götürüb Göygölə aparırdı, orda keçirdiyi hissləri unuda bilmirəm. Deyirdi, biz necə möhkəm adamlarıq ki, bu dərdə dözürük, yurd itkisinə dözürük. Amma sözdə deyirmiş, dözə bilmədi. Tez getdi, qəfil ölüm oldu ölümü, hələ də inana bilmirəm... Heyf, çox planı vardı...” 


El-oba qəribçilikdə olsa da, onu ona layiq hörmətlə yola saldı son mənzilə. Qəsəbədə hamlı ayaq üstə idi...


Belə... Bir soydaşımız da elində-obasında yox, qəribçilikdə torpağa tapşırıldı. Kəlbəcərə apara bilmədilər onu. Tərtərin Kəlbəcərə yaxın Hüləvədli kəndində anasının yanında torpağa tapşırdılar. Anası vəsiyyət edibmiş ki, məni heç olmasa, Kəlbəcərə yaxın yerdə dəfn edin. Yəqin özü olmasa da, artıq ruhu dolaşır hər zaman can atdığı o cənnət yerləri. Torpağından inciməsin!.. 


...Məncə, insan doğulduğu torpaqda ölməlidir, doğulduğu yurdun bir ovuc torpağına dönməlidir. Onun da bu haqqını əlindən aldılar. Qoymadılar öz kəndində, öz halal evində-eşiyində və vaxtında ölməyə...


Sonuncu qərib ölümümüz olsun! Doğma yurdumuza dönək, orada ölək! Buna inanıram. Düşməni o doğma yurd yerlərindən qovacağımıza inandığım kimi...  

 


Firuzə NADİR

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30 Rəşad Tağıyev vətəndaşları qəbul - FOTO   15 Noyabr 2019, 17:23 Prezident Ağsu və Şamaxıya 6 milyon manat ayırdı - SƏRƏNCAM 15 Noyabr 2019, 17:11 İlham Əliyev Sultan Dadaşova orden verdi 15 Noyabr 2019, 17:08 Manatın üç günlük məzənnəsi AÇIQLANDI 15 Noyabr 2019, 17:06 Nazir bələdiyyə sədrinin xahişini yerinə yetirdi - FOTO 15 Noyabr 2019, 17:02 Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbaza baş çəkdi 15 Noyabr 2019, 16:54 “ABŞ-la Çin arasında müharibənin nəticələri...” - Məşhur diplomatdan XƏBƏRDARLIQ 15 Noyabr 2019, 16:50 Nümayəndə heyətimiz VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir 15 Noyabr 2019, 16:46 Türkiyə millisində 9 futbolçu heyətdən ÇIXARILDI 15 Noyabr 2019, 16:39 Prezident Feysəl bin Muammarı ilə görüşüb - FOTO 15 Noyabr 2019, 16:32 “AzerGold” QSC İSO beynəlxalq standart sertifikatlarına layiq görülüb 15 Noyabr 2019, 16:26 Xalq artisti həbsdə olan qardaşına baş çəkdi - FOTO 15 Noyabr 2019, 16:17 İlham Əliyev qüdslü ravvini qəbul edib 15 Noyabr 2019, 16:10 BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub 15 Noyabr 2019, 16:02 Xaricdə təhsil alan azərbaycanlı gənclərin sayı AÇIQLANDI   15 Noyabr 2019, 15:56 Bakıda Milli Qəhrəmanın heykəli qoyuldu - FOTO 15 Noyabr 2019, 15:38 İcra başçısı Xəsədərli kəndində səyyar qəbul keçirib 15 Noyabr 2019, 15:36 Ölkəyə qanunsuz dərman keçirmək istədi - Foto 15 Noyabr 2019, 15:22 İlham Əliyev bir qrup din xadimini qəbul edib - FOTO 15 Noyabr 2019, 15:16 Bakıdakı yanğından son xəbər - 15 nəfər zəhərlənib 15 Noyabr 2019, 15:15 Prezident Bilal Əliyevə mənzil bağışladı 15 Noyabr 2019, 15:07 Əliyar Ağayev Avro-2020 oyununa təyinat aldı 15 Noyabr 2019, 15:02 Bu ilin 10 ayında alıcılar ən çox bu mallara pul xərcləyib 15 Noyabr 2019, 14:57 Azərbaycanın qeyri neft-qaz sektorunda əlavə dəyər artıb 15 Noyabr 2019, 14:55 "Nəsimi ili" müsabiqəsinə yekun vuruldu 15 Noyabr 2019, 14:48