29 Sentyabr 2020, Çərşənbə axşamı
Arxiv
28 Avqust 2019, 16:05 | AKTUAL
Şeytana atılan daşları pulla satırlar? - Ərəbistandan qayıdan zəvvar AYDINLIQ GƏTİRDİ

Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedən zəvvarlar artıq Bakıya qayıdıblar.


Ziyarətin təfərrüatları haqqında Modern.az-a danışan Heydər məscidinin imamı hacı Rüfət Qarayev Həccin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, Həcc ziyarəti haqqında sosial şəbəkələrdə və mətbuatda müzakirələrə səbəb olan bəzi məqamlara da toxunub:


“Düşünürəm ki, hətta əvvəlki illərə nisbətdə daha təhlükəsiz və rahat ziyarət baş tutdu. Zəvvarların otel şəraitləri, qidalanması, ziyarətlər üçün marşrutların təşkil olunması və s. yaxşı qurulmuşdu. Həccə gedənlər arasında yaşlı insanlar üstünlük təşkil etdiyindən təhülksəizlik tədbirlərinə daha çox diqqət ayrıldı. Əvvəlki illərə nisbətən qrip, digər infeksion xəstəliklərə çox az təsadüf edildi. Mütəmadi olaraq, zəvvarların çay, su, kofe verilməsi yaxşı qarşılandı”.


R.Qarayev bildirib ki, şeytan daşlama zamanı atılan daşlar pulla satılmır:

“Ziyarətdə tənzimləyici, cavabdeh şəxslər var. Onlar kütləyə müraciətdə yüksək səs tonu ilə danışmalı olurlar. Məsələn, nəzarətçilər “yol verin!”, “çəkilin!”, uyğun olmayan yerdə namaz qılanlara “olmaz!” deyə səsini yüksəldəndə zəvvarlar narazılıq edirlər ki, bizə qışqırdılar, aşağıladılar, sərt rəftar etdilər. Amma bu həqiqəti əks etdirmir. Orada görəvli olan ərəblər sadəcə öz işlərini yerinə yetirirlər.

Şeytana daş atmaq üçün də pul tələb olunmur. Şeytana atılan daş əsla pulla satılmaz. Daşları toplamaq üçün xüsusi yer var. Zəvvarlar özüləri üçün daş yığırlar. Əslində 49 daş atıılmalıdır, biz zəvvarlara 70-ə qədər daş yığdırırırıq ki, düşüb, itənlər olanda əlavə istifadə edilsin”.


Əksər zəvvarların bütün ayinlərin icrasında iştirak etdiyini vurğulayan imamın sözlərinə görə, bəzi yaşlı insanlar ziyarətdə çətinlik çəkirlər:

“Çətinlik çəkən zəvvarlar könüllü şəkildə bəzi dini ayinlərin icrasına qatılmaya bilirlər”.


R.Qarayev ilk dəfə ziyarətə gedəcək zəvvarlar üçün tövsiyələrini də əlavə edib:


“Zəvvarlar əvvəlcədən araşdırıb, maraqlanıb məlumatlansınlar. Düzdür, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kurslar təşkil edilir. Amma çoxları oradakı məlumatlandırmalara başdansovdu yanaşır. Həcc ziyarətinə gedəcək insan ən azı 2-3 il özünü hazırlamalıdır ki, səfəri rahat, təhlükəsiz başa vursun. Zəvvarlar anlamalıdırlar ki, bir əməli pozursansa, Həccin batil ola bilər. Çoxluq buna diqqət etmir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənilərin “Uraqan” yaylım atəş sistemi məhv edildi 29 Sentyabr 2020, 11:08 Qarabağdan Ermənistana gedən minlərlə avtomobil tıxac YARADIB         29 Sentyabr 2020, 11:03 Ermənistan ordusunun alayı darmadağın edildi - RƏSMİ 29 Sentyabr 2020, 10:57 İsveçrə Azərbaycan və Ermənistan liderlərinin görüşü üçün ev sahibliyi etməyə HAZIRDI 29 Sentyabr 2020, 10:52 Dillər Universitetində Konfutsinin ad günü qeyd edilib 29 Sentyabr 2020, 10:46 Cəbhədəki 468 məktəbdə həftəlik dərs cədvəllərinə dəyişiklik edildi 29 Sentyabr 2020, 10:40 Qərbi Kaspi Universiteti bakalavr pilləsi üzrə ikinci tur üçün qəbul elan edir 29 Sentyabr 2020, 10:34 Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçimi davam edir 29 Sentyabr 2020, 10:28 Düşmənin tankları belə məhv edildi - VİDEO 29 Sentyabr 2020, 10:22 Deputat cəbhə bölgəsindəki xəstəxanada niyə TƏSİRLƏNDİ... 29 Sentyabr 2020, 10:16 İlham Əliyev Pakistanın səfirini qəbul edib - FOTO 29 Sentyabr 2020, 10:10 422 nəfər rezidenturaya qəbul olub 29 Sentyabr 2020, 10:05 Populist siyasətçinin avantüralarının sonu... 29 Sentyabr 2020, 09:59 Ermənilərdən “Yuxarı Gövhər Ağa” məscidilə bağlı TƏXRİBAT 29 Sentyabr 2020, 09:53 Sami Yusifdən Azərbaycana dəstək 29 Sentyabr 2020, 09:47 Ermənilərin xəbəri TƏKZİB OLUNDU - “Hərbi Hava Qüvvələrimizin F-16 qırıcıları yoxdur” - Vaqif Dəgahlı 29 Sentyabr 2020, 09:41 “Azərbaycan güclü olmasa, Türkiyə güclü olmaz” 29 Sentyabr 2020, 09:36 Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib - RƏSMİ 29 Sentyabr 2020, 09:31 Dolların yeni qiyməti açıqlandı - RƏSMİ 29 Sentyabr 2020, 09:20 Bakıda komendant saatından FOTOLAR 29 Sentyabr 2020, 09:14 Ordumuz Füzuli şəhərinə doğru irəliləyir - Müdafiə Nazirliyi 29 Sentyabr 2020, 09:08 Ceyhun Bayramov Böyük Britaniyanın dövlət naziri ilə DANIŞDI 29 Sentyabr 2020, 09:02 Türkiyənin Səhiyyə naziri Oqtay Şirəliyevə zəng vurdu  29 Sentyabr 2020, 08:50 AŞPA-dan cəbhədəki hərbi əməliyyatlarla bağlı BƏYANAT 29 Sentyabr 2020, 08:44 Ermənilər Cocuq Mərcanlıdakı 14 yaşlı uşağa atəş açdı - Baş Prokurorluq 29 Sentyabr 2020, 08:33 Ermənilər Daşkəsəni artilleriya atəşinə tutdular - Müdafiə Nazirliyi 29 Sentyabr 2020, 08:20 Füzuli-Cəbrayıl istiqamətində düşmənin 2 texnikası və şəxsi heyəti məhv edilib - VİDEO 29 Sentyabr 2020, 08:08 Cavaxetiya erməniləri Gürcüstan sərhədçilərinə HÜCUM ETDİ 29 Sentyabr 2020, 01:32 TÜRKPA Ermənistanın təxribatını qınadı 29 Sentyabr 2020, 00:56 “Azərbaycanın qələbəsi regionda intibah yaradacaq” - Türkiyəli diplomat 29 Sentyabr 2020, 00:44 Səudiyyə Ərəbistanından Qarabağla bağlı mövqe 29 Sentyabr 2020, 00:41 Ermənistan Ordusunun 84 hərbçisi MƏHV EDİLDİ 29 Sentyabr 2020, 00:16 Ərdoğan Consonla Qarabağı müzakirə etdi 29 Sentyabr 2020, 00:10 “Azərbaycana məxsus hərbi təyyarənin vurulması yalandır” - Müdafiə Nazirliyi 28 Sentyabr 2020, 23:52 Paşinyan Merkelə zəng etdi 28 Sentyabr 2020, 23:38