Modern.az

Daşkəsəndə görünməmiş VƏHŞİLİK - Öldürüb, dirəkdən asdılar - FOTOLAR

Daşkəsəndə görünməmiş VƏHŞİLİK - Öldürüb, dirəkdən asdılar - FOTOLAR

Hadisə

29 Avqust 2019, 10:27

Daşkəsən rayonunun Xoşbulaq kəndində yaşanan qeyri-insani hərəkət sakinlərin və turistlərin narazılığına səbəb olub.

Modern.az-a daxil olan məlumata görə, kənd sakinlərindən biri sağlam ana at və balasını işgəncə verərək öldürüb və yaşayış evlərindən təxminən 150 metr məsafədə quraşdırdığı dirəkdən asıb.   

Həmin şəxsin məqsədi leş iyinə gələn canavarları ov tüfəngi ilə vurmaq və onun dişini və dərisini satmaqdır. Bildirilir ki, qanunsuz ovla məşğul olan Xoşbulaq sakini öldürdüyü canavarın dişini 200 manata satır. 

Bildirilir ki, hələ mart ayından həmin yerdən asılan atların - leş iyindən kənddə yaşamaq olmur. Xoşbulaq sakinlərindən biri kəndə gələn turistlərə bildirib ki, bu "canavar ovçusu"na kənddə "gözün üstə qaşın var" deyən yoxdur. "Bu oğlan kənddə "at oynadır". Əlində silah gəzir. Hamı ondan qorxur. Atların leşi üfunət iyi verir, iydən boğuluruq. Kəndə infeksiya yayılır. Atların leşini ordan götürmür ki, noyabrda canavarlar yenə leş iyinə gələcək, bu da onları öldürüb dişini, dərisini, yağını satacaq. Dərdimizi heç kimə deyə bilmirik", - deyə Xoşbulaq sakinlərindən biri deyib.

Qeyd edək ki, Daşkəsəndə olan turistlərdən biri sözügedən mənzərəni fotolentə alaraq redaksiyamıza göndərib.

Ümid edirik ki, Daşkəsənin hüquq-mühafizə orqanları məsələylə bağlı hüquqi ölçü götürəcək və təbiət düşməni layiqli cəzasına çatdırılacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub