Arxiv
29 Avqust 2019, 12:16 | İQTİSADİYYAT
Dövlət qurumlarının “SİRLƏR DÜNYASI”: Adı sosial, özü gizli...

Yaşaığımız zaman kəsiyi qeyri-hökumət insitutlarının daha çox diqqətdə olmasını diqtə edir. Cəmiyyət də dövlət qurumlarından daha çox QHT-lərə inanır. Bu, yalnız Azərbaycan üçün deyil, bütün dünya da keçərlidir.  Hətta bəzi ölkələrdə dövlət qurumları öz fəaliyyətlərində QHT-lərin tövsiyyə və iradlarını ciddi şəkildə nəzərə alırlar.

Öz büdcələrində QHT-lərlə işə xüsusi yer ayırırlar.

Bəs, bizdə vəziyyət necədir?

Öncə ondan başlayaq ki, qanunvericiləklə müqayisədə Azərbaycan hətta Avropa ölkələrinin bəzilərini qabaqlayır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanıb Milli Məclisə təqdim olunan “İctimai İştirakçılıq haqqında” Qanun buna əyani sübutdur.

Bundan başqa, hər bir dövlət qurumunun büdcəsində sosial-ictimai məsələlər, daha konkret desək, QHT-lərlə iş üçün vəsait nəzərdə tutulur.

Gerçəklik isə tam başqadır. Ya dövlət qurumlarımız QHT-lərlə işə üstünlük vermirlər, ya da bunu gizlin şəkildə həyata keçirirlər. Sosial layihələr bu tip dövlət qurumlarının sanki sirlər dünyasına çevrilib. İş o həddə çatıb ki, adı sosial olan layihələrdən bir nəfər məlumatı olmur. Sadəcə biabırçılıq... Bəlkə bunun adını gizli layihələr qoyalar...

Bu kimi məsələlərdə onların QHT-lərə Dövlət Dəsətyi Şurası ilə birgə işləməkdə maraqlı görünməməsi də bir başqa məsələdir. Səbəb odur ki, QHT Şurası bu layihələr üçün elan verəcək, bütün cəmiyyət bundan xəbər tutacaq  və s.

Çox ciddi mənbələrdən saytımıza daxil olan məlumata görə, bəzi dövlət qurumları bu işi özlərinin yaratdıqları, kimsənin tanımadığı QHT-lərlə gizli şəkildə “həyata keçirirlər”. Normalda bu iş qanun pozuntusu, cinayət sayılır.

 

"İnformasiya təşəbbüslərinə dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə  mövzu ilə bağlı Modern.az-a danışarkən bildirib ki, bəzi nazirliklərdə  çatışmazlıqlar mövcuddur:



Ümumi məsələ ondan ibarətdir ki, cənab Prezidentin fərmanı ilə 12 dövlət qurumuna, nazirliyə qrantvermə hüququ verilib. Bu qrantvermə hüququ da elə-belə yox, QHT-lə işləmək üçün verilib.  Bu çox yaxşı addımdır. Əsas məsələ odur ki, informasiyanın əlçatanlığı olsun və QHT-rə əlavə imkanlar yaratsın. Əgər hər hansı nazirlik qrant müsabiqəsi elan edirsə, bunun haqqında informasiya da verməlidir. Qrant müsabiqəsi elan edəndə bu işi görmürlər. Ona görə ki, bəzi nazirliklər QHT-lərin bundan xəbər tutmasından çəkinirlər”.

Cəsarət Hüseynzadə qeyd edib ki, ikinci məsələ qrant müsabiqəsinin şərtləri ilə bağlıdır:

“Bu şərtlər beynəlxalq standarlara görə müəyyən olunub.  Qrant müsabiqəsi minimum bir ay olmalıdır. Tutaq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqələri bir aylıq elan edir və siz layihələrinizi bir ay ərzində təqdim etməlisiz. Araşdırsanız görərsiniz ki, bəzi nazirliklər müsabiqəni 5 günlük edir. Halbuki, 5 günlük müddət çox azdır. Ərizə vermək üçün vaxt bitir. Bu, düzgün deyil.  Tutaq ki, hansısa nazirlik bir təşkilata 10 min manat vəsait ayırıb. QHT-lər  bu zaman hansı ideyanı ortaya çıxaracağını bilməlidir. Əksər nazirliklərdə bu problem də var. Bəzi nazirliklər QHT-lərə açıq deyil ki, şəffaflıq və informasiya əlçatanlığı da mövcud olsun.

Başqa bir məqam. Nazirlik  müsabiqə elan edirsə, həmin müsabiqə o dərəcədə aydın olmalıdır ki, QHT-lər müsabiqə şərtlərini oxuyanda heç bir sual yaranmasın. Məsələn, elə qrant müsabiqələri var ki,  orada əmək haqqı  fondu yoxdur. Bu zaman donor (nazirlik) əmək haqqı fondunun nəzərdə tutulmadığını qeyd etməlidir. Bunlar açıq-aydın olanda QHT-lər üçün də rahat olur. Bunlar qapalı olanda isə artıq siz dediyiniz şübhələr yaranmağa başlayır. Yaxşı, bu dövlət qurumunun marağı nədir ki, lazımi informasiyanı vermir?!. Əgər lazımi informasiyanı vermirsə, o zaman “niyə vermir?!” sualı yaranır”.


QHT təmsilçisinin sözlərinə görə, bəzi nazirliklərdə mövcud olan çatışmazlıqlarla bağlı vətəndaş cəmiyyəti üzvləri məsələ qaldırmalıdır:


“Ad çəkmək istəmirəm. Bəzi nazirliklər var ki, dediyim məsələlərlə bağlı şübhə doğurur. Bundan başqa cənab Prezidentin Fərmanı var.  Fərmana əsasən, gənclər sahəsində qrantları verərkən Gənclər Fondunun rəyi, digər yönümlü layihələrə isə QHT-rə Dövlət Dəstəyi Şurasının rəyi alınmalıdır. Bu qanunda da var. Əgər hansısa nazirlikdə çatışmazlıqlar varsa, bu məsələni QHT-lər qaldırmalı və şəffaflığı təmin etməlidirlər. Nazirliklərdən tələb etmək lazımdır ki, müsabiqə elan edirsənsə, bunu açıq elan et, mətbuatda işıqlandır. Bu məsələni gündəmə gətirmək mütləq lazımdır”.



Məsələyə “Ortaq Dəyərlər” İctimai Brliyinin sədri, “Türküstan” qəzetinin və Turkustan.info saytının baş redaktoru Aqil Camal da münasibət bildirib.

QHT sədrinin sözlərinə görə, hazırda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən tətbiq edilən “SƏLİS xidmət” proqramı Şuranın qrant müsabiqələrində iştirak edən və müsabiqə qalibi olan QHT-lər tərəfindən böyük rəğbətlə qarşılanır.


Onun sözlərinə görə, istər Şuranın müsabiqəsinə layihə təqdim edilməsində, layihələrin qiymətləndirilməsində, istərsə də qalib olduqdan sonra müqavilələrin bağlanmasında, layihələrin icrası prosesində və hesabatların verilməsində mükəmməl bir elektron xidmət yaradılıb: 

“Şura əməkdaşları ilə canlı ünsiyyət olmadan bu proqram vasitəsilə qrant verən dövlət qurumu ilə qrantı qazanan QHT koordinasiyalı şəkildə layihələrin icrasını həyata keçirir. Həmçinin, şəffaflığının daha da təmini üçün müvafiq dövlət qurumlarına elektron sistemə daxil olaraq prosesin gedişatını izləmək imkanı verilib. Hesab edirəm ki, qrant müsabiqələri elan edən digər dövlət qurumları – nazirliklər də şəffaflığı təmin etmək üçün “SƏLİS xidmət”dən yararlanmalıdır”.


A.Camal bəzi dövlət qurumlarının keçirdikləri qrant müsabiqələrindən QHT-lərin narazı qaldığını vurğulayıb: 

“Bir sıra dövlət qurumları - nazirlik və ya komitələr il ərzində dövlət büdcəsi hesabına qrant müsabiqələri elan edirlər. Amma bu müsabiqələr bir qədər konfidensial şəkildə həyata keçirilir. Müsabiqə qısa müddətə elan olunur, qaliblərin müəyyənləşdirilməsində meyarlar bəlli olmur, bəzən heç müsabiqənin nəticələri də topluma açıqlanmır. Lakin, məlumatlar göstərir ki, bu müsabiqələrdə adətən eyni təşkilatlar qalib gəlir, özü də babat məbləğlərdə qrantlarla... Bu da, müsabiqədən kənarda qalan ayrı-ayrı sahələr üzrə profilləşmiş QHT-lərdə haqlı narazılıq yaradır”.


QHT sədri təklif edir ki, qrant müsabiqələri keçirən dövlət qurumları bu mövzuda onlara yönəlmiş irad və şikayətləri aradan qaldırmaqda və bu işdə şəffaflığı təmin etməkdə maraqlıdırlarsa Şuranın hazırlayıb tətbiq etdiyi “SƏLİS xidmət” proqramından yararlana bilərlər: 

“Axı nə üçün nazirlik və komitələrin keçirdiyi qrant müsabiqələrində həmişə eyni təşkilatlar qalib olmalıdır? Profilləşmiş QHT-lər isə yalnız Şuranın ümidinə buraxılmaılıdır? Məncə, yuxarı rəhbərlik qrant verən dövlət qurumları qarşısında “SƏLİS xidmət”dən istifadəni bir qayda kimi qoymalıdır. Bununla, həm daha çox sayda QHT-nin bu müsabiqələrdə iştirakına yaşıl işıq yandırılar, həm də, Şuranın yükü bir az yüngülləşər”.

A.Camal bildirir ki, bu təklifi bir dəfə Şura sədri, millət vəkili Azay Quliyevin keçirdiyi brifinqdə də səsləndirib: “Hörmətli Azay müəllim bu təklifə həssas yanaşdı, eyni zamanda bildirdi ki, “SƏLİS xidmət”dən yararlanmaq dövlət qurumlarının öz seçiminə bağlıdır. Əgər bu yöndə onlardan bir təşəbbüs olarsa, Şura öz köməkliyini göstərməyə hazırdır”.    

 

P.S. Mövzuyla bağlı araşdırmalar olacaq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İranda 7 942 nəfər koronavirusun qurbanı oldu 3 İyun 2020, 00:58 Göyçayda zəncirvari qəza: xəsarət alanlar var 3 İyun 2020, 00:49 İtaliyada COVİD-19 qurbanlarının sayı 33 530 nəfərə çatdı 3 İyun 2020, 00:36 300-dən çox iğtişaşçı saxlanıldı 3 İyun 2020, 00:24 Bu ölkədə son sutkada koronavirusdan ölüm olmadı 3 İyun 2020, 00:11 Azay Quliyevdən müraciət: “Həm özümüzü, həm də ətrafdakıları qorumağı bacarmalıyıq” 2 İyun 2020, 23:55 Həftə sonu imtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ 2 İyun 2020, 23:27 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi 2 İyun 2020, 23:13 Azərbaycan iqtisadiyyatında müsbət artım var 2 İyun 2020, 22:59 Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06