Modern.az

Naxçıvanda yumurta istehsalçılarına subsidiya veriləcək

Naxçıvanda yumurta istehsalçılarına subsidiya veriləcək

İqtisadiyyat

7 Sentyabr 2026, 10:24

Naxçıvan Muxtar Respublikasında yerli süfrəlik yumurta istehsalının bərpası məqsədilə quşçuluq təsərrüfatlarına məhsul subsidiyası veriləcək.

Modern.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, qeydiyyatda olan quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya görə 30 manat subsidiya ödəniləcək.

Dəstək mexanizminin əsas məqsədi Naxçıvanda yerli yumurta istehsalının artırılması və quşçuluq təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasıdır.

Sizə yeni x var
Keçid et
Lukaşenkodan hər kəsi şok edən açıqlama - Müharibəyə hazırlaşırıq!