Modern.az

Paşinyan Putinin dəvət olunmadığı tədbiri boykot etdi - YALTAQLIQ

Paşinyan Putinin dəvət olunmadığı tədbiri boykot etdi - YALTAQLIQ

29 Avqust 2019, 12:39

Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 1-də Polşada İkinci Dünya Müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı keçiriləck təntənəli tədbirə qatılmayacaq.

 

Modern.az Paşinyan ailəsinə məxsus “Aykakan Jamanak” qəzetinə istinadən xəbər verir ki, o, tədbirə dəvət almayan Rusiya lideri Vladimir Putinlə həmrəylik nümayiş etdirib. Həmçinin, Krınitsa şəhərində baş tutmalı olan 29-cu iqtisadi foruma dəvəti də Paşinyan geri çevirib.

 

Bundan əvvəl, Belarus lideri Aleksandr Lukaşenko da Putinlə həmrəylik əlaməti olaraq, Polşaya səfərdən imtina etmişdi.    

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır