Modern.az

“Kimisə sırf “qanuni oğru” adını aldığı üçün həbs etmək doğru deyil” - Deputat

“Kimisə sırf “qanuni oğru” adını aldığı üçün həbs etmək doğru deyil” - Deputat

Ölkə

31 Avqust 2019, 15:10

Qonşu ölkələrdə “qanuni oğru”lara qarşı ciddi addımlar atılır. Gürcüstanda “qanuni oğru” adını alan şəxsləri 10 ildən 22 ilə qədər həbs gözləyir.

 

Bir müddət əvvəl Rusiyada və Ermənistanda da  “oğru dünyası”nda titul almış şəxslərin birbaşa həbs olunmasını leqallaşdıran qanun layihəsinin hazırlanması barədə müzakirələr başlayıb.

 

Azərbaycanda bu cür adımın atılmasının hüquqi əsaslarını izah edən deputat Çingiz Qənizadə hesab edir ki, kimisə sırf “qanununi oğru” adını aldığı üçün həbs etmək düzgün deyil:

“Hər hansı cinayət əməli törətmədən sıradan titula görə insanları həbs etmək olmaz. O insanların öz dünyası, öz qayda-qanunları var. Konkret cinayət törətmirsə, qanun qəbul edib, sırf “qanuni oğru” adı alıb deyə, onları həbs etmək düzgün deyil. Mən bir hüquq müdafiəçisi kimi bunun əleyhinəyəm.

Rusiyada belə bir qanunun hazırlandığını eşitmişdim. Ermənistan və Gürcüstan da eyni addımı atmaq istəyirsə, bu onların daxili işidir. İstənilən halda insan hüquq və azadlıqlarına zidd addımdır ki, hər hansı bir qruplaşmada qeyri-rəsmi titul, ad aldığına görə kim isə tutulsun”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?