Modern.az

Ernst Moro - bu adı yadda saxlayın!

Ernst Moro - bu adı yadda saxlayın!

1 Sentyabr 2019, 09:42

Sizə haqqı verilməmiş, dünyaca məşhur olmayan bir adamdan bəhs etmək istəyirəm.

Ernst Moro. Bu adı yadda saxlayın. Çünki məhz onun sayəsində adi yerkökü şorbası yüz minlərlə, milyonlarla insanın həyatını xilas etdi. Məhz onun sayəsində bir çox uşaq xəstəliklərini - məsələn, uşaq serebral iflicini - diaqnozlaşdırmaq mümkün oldu.

Məhz o, laktobayteriyaları kəşf etdi və heç bir mükafat, o cümlədən Nobel almadı.

Azərbaycanda isə Moronun adını az adam eşidib.
Düşünmək çətindi, amma cəmi 150 il əvvəl insanların orta yaşam sürəyi indiki ilə müqayisədə iki dəfə azdı.

Təbii, ulu babalarımızın 35-40 yaşayıb qocalıqdan öldüklərini iddia etmirəm. Yaşam sürəyinin az olmasına təsir edən ən mühüm amil körpə ölümləridir. Uşağın doğulması azdır, onun yetkinlik yaşına çatanadək yaşaması şərtdir.

Bu problemi həll edən insan doğuldu - pediatr Ernst Moro.
Moronu indi sloven həkim adlandırardılar, çünki 1874-cü ilin dekabrın 8-də müasir Sloveniyanın paytaxtı Lyublyanada dünyaya gəlmişdi.

Fəqət, o uzaq illərdə Lyublyana sadəcə, Avstriya-Macarıstan imperiyasındakı əyalət şəhəri idi. Şəhərin adı da başqa idi - Laybax, Krayna hersoqluğunun paytaxtı.

Moro böyüdü, Avstriyanın Qras şəhərində oxudu. 1899-cu ildə tibb doktoru - indi ABŞ və Britaniyada MD adlanır - dərəcəsini aldı, 1901-1902-ci illərdə dahi Teodor eşerixlə birlikdə çalışdı.

Eşerix "Essherichia coli"ni, yəni bağırsaq çöpünü kəşf edən adamdır.

Moro 1906-cı ildə Münhendə pediatr, iki il sonra isə Heydelberq Universitetində professor oldu.

Məhz həmin sənədə, 1908-ci ildə o, yalnız bir əsr sonra izah edilə biləcək mühüm kəşf etdi. Həmin illərdə yüz minlərlə uşaq diareyadan ölürdü.

Moro isə uşaq ölümlərinin sayını iki dəfə azaldan çox sadə resept hazırladı - adi yerkökü şorbası. Yarım kiloqram yerkökü püre halına salınır, üzərinə 1 litr su tökülür, 3 qram duz əlavə olunur və toplam 1 litrə çatanadək qaynadılır.

Vəssəlam.

2002-ci ildə aydın oldu ki, bu şorbada yaranan və yerkökündən məhlula keçən oliqoşəkərlər uşağın bağırsağının selikli qişasına bakteriyaların yapışmasına mane olur. Digər araşdırma göstərdi ki, bu məcazın sayəsində şorba hətta antibiotiklərə dayanıqlı bakteriyaların yaratdığı diareyanı müalicə edir.

Prinsip etibarilə, sadəcə bu, bəşəriyyətin Moroya minnətdar olmasına yetərdi.

O, uşaq süd butulkalarının sterilləşdirilməsinin müəllifi, ana südü ilə əmizdirilən uşaqların xəstəliklərə daha dayanıqlı olmasını sübut edən adamdır.

Məhz Ernst Moro körpələrin süni qidalandırılması üçün "Moro südü"nü (qaymaq-un-yağ-şəkər) hazırladı.

Məhz Moro süd məhsullarındakı laktobakteriyaları kəşf etdi və onların orqanizm üçün xeyrini sübut etdi.

Məhz o, körpələrdə həyatın ilk aylarındakı refleksi aşkarladı: əgər körpənin başının yanında qəflətən səs çıxarsanız, o, əvvəlcə barmaqlarını şax tutaraq əlləriini yana açacaq, sonra əllərini sıxıb birləşdirəcək.

Bu refleks yoxdursa, deməli, uşağın mərkəzi sinir sistemində fəsad və ya problem var. Məhz Moro refleksi olmayanda uşaqda serebral iflicin varlığına şübhə yaranır.

Çox sadə, təvazökar həyat sürmüş Moro heç bir mükafat almayıb.

Arvadı yəhudi olduğu üçün 1936-cı ildə Heybelberq Universitetindəki professor postundan "səhhətinə görə" istefa verən Moro 74 yaşınadək həkimlik edib.

Dahi pediatr 1948-ci ilədək həkim işlədi, Mosartştrasse, ev 10 ünvanda pediatrik klinikanın rəhbəri oldu.

Ernst Moro gerçəkdən də, dahi idi...


Elçin Alıoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi