Modern.az

Nailə İslamzadə yenidən efirə qayıdıb

Nailə İslamzadə yenidən efirə qayıdıb

Media

3 Sentyabr 2019, 21:59

Azərbaycan Dövlət Televiziyasının (AzTV) unudulmaz simalarından olan, məşhur “Ailələr, talelər” verilişinin müəllifi, əməkdar artist Nailə İslamzadə yenidən efirə qayıdıb.

Modern.az  xəbər verir ki, bu barədə aparıcı Alidə Mustafayeva sosial şəbəkədə yazıb.

A.Mustafayeva  qeyd edib ki, Nailə İslamzadə yeni mövsümdən İctimai Televiziyanın (İTV) efirində olacaq:  “Onu bu gün qrim otağımızda gördüm. Qrim ustamızdan soruşdum ki, bizə təzə qız gəlib? Birdən mənə çatdı ki, bu odur. Gözəl və hətta çox gözəl Nailə İslamzadə. Xoş gəlmisiniz! Sizinlə eyni kanalda çalışacağımıza çox sevindim”.

Qeyd edək ki, Nailə İslamzadə AzTV-də 25 illik fəaliyyətindən sonra efirdən uzaqlaşaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində çalışıb. O eyni zamanda, Türkiyənin TRT AVAZ kanalında yayınlanan "İş'te kadın" proqramının aparıcısı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi