Modern.az

Azərbaycanda tələbə qızlara az rast gəlinən ali məktəblər - SİYAHI 

Azərbaycanda tələbə qızlara az rast gəlinən ali məktəblər - SİYAHI 

6 Sentyabr 2019, 15:53

Azərbaycandakı universitetlərin əksəriyyətində gender balansı qorunur. Müşahidə etsək, görərik ki, ali təhsil müəssilərində qızların və oğlanların sayındakı fərq bir o qədər də çox deyil. 


Ancaq elə ali məktəblər var ki, orada xanımlara  çox az halda rast gəlinir, qeyd etdiyimiz balans pozulur. Məsələn, Polis Akademiyası, Fövqalədə Hallar Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası və Gömrük Akademiyası.

 

Maraqlıdır, adıçəkilən təhsil müəssisələrində bu il vəziyyət necə olub, qəbul olunanlar arasında qızlar varmı?

 

Modern.az suala cavab tapmaq üçün bu akademiyaların hər biri ilə əlaqə saxlayıb.

 

Polis Akademiyası: “Polis Akademiyasına qəbul standartdır, 150 nəfər. Bu il qəbul olan abituriyentlərdən 145-i oğlan, 5 nəfəri isə qızdır. Keçən il də qəbul olan  qızların sayı 5 nəfər  idi”.

 

Fövqalədə Hallar Akademiyası: “Bu il qəbul olan abituriyentlər arasında qız yoxur. Keçən il və bu il sənəd verən xanımlar olub, lakin onlardan heç biri akademiyaya qəbul edilməyib”.

 

Dövlət Sərhəd Xidməti Akademiyası: “Bizdə xanımlar təhsil almır, tələbələrin hamısı oğlanlardır”.

 

Dövlət Gömrük Komitəsinin Akademiyası: Bu il Akademiyaya daxil olan I kurs tələbələrinin sayı 119 nəfərdir, onlardan 26 nəfəri qız, 83 nəfəri isə oğlandır. Həmçinin, 2019/2020-ci tədris ilində Akademiyanın magistratura pilləsinə də ilk dəfə olaraq “Gömrük işi” və “Beynəlxalq hüquq” ixtisasları üzrə qəbul həyata keçirilib. Magistratura pilləsinə qəbul olan 9 tələbədən yalnız 1 nəfəri qız, 8-i isə oğlandır. Keçən il isə “Hüquqşünaslıq” ixtisası və “İqtisadiyyat” ixtisası üzrə 22 nəfər olmaqla, ümumilikdə 44 tələbə qəbul olunub. Onlardan 16 nəfəri qız, 28 nəfəri oğlandır ”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir