Arxiv
12 Sentyabr 2019, 18:01 | AKTUAL
Bu, Azərbaycana xarici təsirləri artırmaqla siyasi və iqtisadi sabitliyi poza bilər

“İqtisadi diversifikasiya müxtəlif ixracat istiqamətlərinin yaradılmasını tələb edir ki, bu da yeni tərəfdaşlarla əməkdaşlıq yolu ilə mümkündür. Son dövrlərdə Çin-Azərbaycan iqtisadi əlaqələrinin genişlənməsi də bu zərurətin nəticəsidir”.

 

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Orxan Bağırovun “Jamestown Foundation” tərəfindən nəşr olunmuş “Azərbaycanda iqtisadi diversifikasiya və onun geosiyasi təsirləri” adlı məqaləsində deyilir.

 

Bildirilir ki, bu həm də Çinin Cənubi Qafqazdakı siyasi təsirini artırmağa şərait yaradır:

“Eyni zamanda Azərbaycan Kəmər və Yol Layihəsi çərçivəsində bir çox ölkələrdə yaranmış borc problemləri ilə də yaxından tanışdır. Çin ilə əlaqələrdə Azərbaycan bu amilləri də nəzərə alır”.

Müəllif qeyd edir ki, Azərbaycanda iqtisadi diversifikasiyaya təsir edən amillərdən biri də qeyri-neft ixracında qonşu ölkələrin, xüsusilə də Rusiya və Türkiyənin payının çox olmasıdır:

“Qeyri-neft sektorunda ən böyük paya sahib olan kənd təsərrüfatı mallarının böyük hissəsi məhz bu ölkələrə ixrac edilir. Lakin bu asılılığı aradan qaldırmaq asan deyil. Belə ki, yerli ixracatçıların yeni bazarlara cəlb edilməsi və məhsulların keyfiyyət və xüsusiyyətlərinin yeni bazarlara uyğunlaşdırılması zaman tələb edir. Ona görə hələ də ölkələr baxımından ixracda diversifikasiyanın yüksək səviyyəsi əldə edilməyib”.

Qeyd olunur ki, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük də iqtisadi diversifikasiyanın sürətləndirlməsi üçün səmərəli vasitələrdən biri ola bilər:

“Lakin Azərbaycan ÜTT-nin kənd təsərrüfatına yönəldilən subsidiyaların əhəmiyyətli dərəcədə azaldılması tələbini qarşılamaq istəmir. Ona görə ki, Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı əmək bazarının 36%-ni özündə cəmləşdirir və yerli məhsullar hələ ki keyfiyyət və qiymət baxımından xarici məhsullar ilə rəqabət aparmaq gücündə deyil. Bu şərtlər daxilində Azərbaycan hələ ki, ÜTT-yə qoşulmaq niyyətində deyil, çünki bu ölkəyə xarici təsirləri artırmaqla siyasi və iqtisadi sabitliyi poza bilər”.

Müəllif əlavə edir ki, iqtisadi diversifikasiya mürəkkəb bir prosesdir və bu istiqamətdə gediləcək uzun yol var, buna görə də hələ ki, iqtisadiyyatın neft və qaz sektorundan asılılığı mövcuddur: “Hazırda baş verməsi proqnozlaşdırılan qlobal iqtisadi böhran neftin qiymətlərinin azalmasına imkan yaradacaq, bu da qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini daha da artırır. Buna görə də qeyd edilən baryerlərin mövcudluğu şəraitində diversifikasiya siyasətinin həyata keçirilməsində Azərbaycanın üzərinə çətin vəzifə düşür. Bununla yanaşı o da qeyd edilməlidir ki, Azərbaycanın diversifikasiya istiqamətində iqtisadi inkişafı dəstəkləyən bir çox strateji addımlar atıb”.

Məqalənin linki: https://jamestown.org/program/economic-diversification-in-azerbaijan-and-its-geopolitical-implications

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əhliman Əmiraslanov: “Adlarını psixoloq qoyub ekstrasenslik, falçılıq  edirdilər” - MÜSAHİBƏ 23 Sentyabr 2019, 13:23 Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32