Modern.az

Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb  

Son 4 il 8 ayda texniki itkilər 2 dəfəyə qədər azalıb  

15 Sentyabr 2019, 12:54

“2015-ci ildə “Azərişıq” ASC yaradılanda elektrik enerjisi üzrə texniki itki 13,9% təşkil edirdi. 2016-cı ildə bu rəqəm 10%-ə, 2017-ci ildə 9,9%-ə, 2018-ci ildə 9,8%-ə qədər endirildi.

 

Bunu Modern.az-a "Azərişiq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

 

T.Mustafayev bildirib ki, bu gün də “Azərişıq” texniki itkilərin azaldılması, uçot sisteminin təkmilləşdirilməsi, habelə dayanıqlı elektrik təchizat sisteminin təmin edilməsi üçün işləri davam etdirir:

 

"Bunun üçün yenidənqurma işləri aparılır, ağac dayaqlar yeni dəmir-beton dayaqlarla əvəz olunur, eləcə də sayğaclar yenilənir. 2015-ci ildən bəri təxminən 1 milyon 200 minə yaxın abunəçi yeni sayğacla təchiz edilib. İlin sonuna qədər texniki itkilərinin xüsusi çəkisinin daha 0,1-0,2 faiz bəndi, növbəti ildə isə 0,5,%- 0,7% azalmasına nail olacağıq".

 

"Azərişıq" sözçüsünün fikrincə, təmsil etdiyi Onun sözlərinə görə, qurum Azərbaycanın kəndlərində elektrik enerjisi sisteminin yenidən qurulması ilə bağlı layihələndirmə işləri də aparır:

 

"Son 4 ildə 400 kənddə, cari ilin 8 ayında isə 65 kənddə (0,4 kVt-luq şəbəkələrdə) yenidənqurma işləri aparılaraq ümumilikdə 350 min istehlakcinin elektrik enerjisi təchizatının 24 saat dayanıqlığı və keyfiyyəti tam təmin olunub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi