Modern.az

Muqabe mavzoleydə dəfn ediləcək  

Muqabe mavzoleydə dəfn ediləcək  

15 Sentyabr 2019, 14:40

Zimbabvenin sabiq Prezidenti Robert Muqabe bir ay ərzində tikiləcək mavzoleydə dəfn ediləcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “Telegraph” nəşri məlumat yayıb.

 

Qeyd edək ki, R. Muqabe sentyabrın 6-da 96 yaşında vəfat edib, sentyabrın 14-də paytaxt Hararedə  stadionda vida mərasimi keçirilib.

 

Xatırladaq ki, R. Muqabe 1980-87-ci illər aralığında Zimbabvenin Baş Naziri vəzifəsində çalışıb. 1987-ci ildən 2017-ci ilə kimi ölkənin Prezidenti olub. O, 2017-ci ilin noyabrında hərbi çevriliş nəticəsində postunu tərk edib. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...