Arxiv
16 Sentyabr 2019, 10:43 | AKTUAL
Akademiklər Şəkidə iclas keçirdilər

 14 sentyabr 2019-cu il tarixində AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova, AMEA-nın müşaviri akademik Qərib Məmmədov, BTEB-in akademik-katibinin müavini AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov və BTEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü Nuru Bayramov, Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, regional elm və təhsil müəssisələrinin təmsilçiləri AMEA-nın Şəki Regional Elmi Mərkəzində (ŞREM) olublar.

Modern.az xəbər verir ki, onlar ŞREM-in əsas binasında təşkil edilmiş sərgi ilə, ayrı-ayrı şöbələrdə elmi fəaliyyət üçün yaradılmış şəraitlə tanış olub, müxtəlif bitki növlərinin, sortlarının yetişdirildiyi və mühafizə olunduğu bağ sahəsinə baş çəkib, mövcud problemlər barədə fikir mübadiləsi aparıblar. Qonaqlar həmçinin “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin sınaq-təcrübə laboratoriyasına baş çəkərək, burada həyata keçirilən tədqiqat prosesləri ilə bağlı məlumatlandırılıblar.

Daha sonra Heydər Əliyev Mərkəzinin akt zalında BTEB-in bürosu ilə ŞREM-in birgə iclası keçirilib. İclasa sədrlik edən akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent, Yusif Şükürlü rəhbərlik etdiyi müəssisənin son illərdəki elmi və elmi-təşkilati fəaliyyətinin əsas yekunları barədə məlumat verib.

 İclasda BTEB-in institutlarının Şəki-Zaqatala bölgəsində bu günə qədər apardıqları tədqiqatlar və gələcək planlar haqqında akademik İradə Hüseynovanın və AMEA-nın müxbir üzvü Zeynal Əkbərovun məlumatları dinlənilib.

Akademik Əhliman Əmiraslanov müzakirələrə yekun vuraraq özünün proqram xarakterli çıxışında hər bir problemə həssas münasibətini bildirib, onların mövcudluğunu şərtləndirən səbəblərə aydınlıq gətirib, bəzi problemlərin həlli ilə bağlı lazımi tapşırıqlar verib, müvafiq tədbirlərin layihələndirilməsinin, sistemli şəkildə və vaxtında icrasının vacibliyinə diqqət çəkib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub - FOTO 2 mart 2021, 17:54 90 yaşlı Qorbaçov: “Həyatımda 2 böyük sevgi olub” 2 mart 2021, 17:43 Vətən müharibəsində şəhid olmuş hərbçilərimizin yeni SİYAHISI 2 mart 2021, 17:41 Hərbi qulluqçuların maaşı artırıldı: 50 və 100 faiz - RƏSMİ 2 mart 2021, 17:37 AZAL ləğv edilən biletlərin taleyi ilə bağlı məlumat YAYDI 2 mart 2021, 17:32 Qasparyanın “kitabı bağlandı” - Paşinyanın planı gerçəkləşir... 2 mart 2021, 17:27 Saxta "general" azadlığa BURAXILDI 2 mart 2021, 17:22 Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar TƏTBİQ ETDİ 2 mart 2021, 17:17 "Quş qripi"nin Azərbaycanda yayılma riski artıb 2 mart 2021, 17:12 Prezidentin mətbuat konfransı beynəlxalq informasiya məkanında böyük rezonans doğurdu - Deputat 2 mart 2021, 17:02 Deputat aylıq hesabat verdi 2 mart 2021, 16:57 Müxalifət Armen Sarkisyandan görüş TƏLƏB EDİR 2 mart 2021, 16:55 “Azərpoçt”a yeni baş direktor təyin olundu - FOTO 2 mart 2021, 16:53 BMU-da Elmi Şuranın iclası keçirilib 2 mart 2021, 16:48 Hərbi vəzifəlilər təlimlərə çağırılır? - Dövlət xidmətindən rəsmi cavab 2 mart 2021, 16:42 Xalq artisti Səkinə İsmayılovaya ağır itki üz verib 2 mart 2021, 16:37 Bu saziş Azərbaycanda türk mallarını UCUZLAŞDIRACAQ 2 mart 2021, 16:33 Magistratura imtahanlarının nəticələri AÇIQLANDI 2 mart 2021, 16:31 Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır 2 mart 2021, 16:26 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi AÇILDI 2 mart 2021, 16:21 Yeni reallığın memarları 2 mart 2021, 16:16 Şeyxülislam Fransanın «Le Mondе» qəzetinə müsahibə verdi 2 mart 2021, 16:10 Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ 2 mart 2021, 16:04 “AzerGold”da Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib 2 mart 2021, 15:58 Sarkisyan Baş Qərargah rəisinin işini Konstitusiya Məhkəməsinə GÖNDƏRDİ 2 mart 2021, 15:53 Mikayıl Cabbarov: “İlin iki ayının yekunları ürəkaçandır” 2 mart 2021, 15:49 Vilayət Eyvazov Şəhid polisin oğlunu Şuşaya GÖNDƏRDİ 2 mart 2021, 15:44 Ukrayna prezidenti peyvənd olundu 2 mart 2021, 15:38 Nazir onu özünə müşavir təyin etdi 2 mart 2021, 15:32 Həmkarlar İttifaqları Konfederasiyası nazirliyə 200 min manat ayıracaq 2 mart 2021, 15:26 Arzularımın pul KİSƏSİ 2 mart 2021, 15:20 Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir - Misir mətbuatı 2 mart 2021, 15:15 Azərbaycan Ordusu Qarabağda anti-terror əməliyyatı apara bilər - Polkovnik 2 mart 2021, 15:09 “YAŞAT” daha bir şəhidin yeni doğulan övladına hesab açdı 2 mart 2021, 15:04 Yaponiyanın informasiya agentliyi azad edilən ərazilərdə başlamış quruculuq işlərindən yazdı 2 mart 2021, 15:00