Modern.az

Məhkəmə Robert Koçaryanı həbsdə saxladı

Məhkəmə Robert Koçaryanı həbsdə saxladı

17 Sentyabr 2019, 17:52

Sentyabrın 17-də Yerevan məhkəməsi keçmiş prezident Robert Koçaryan barəsində həbs qətimkan tədbirini dəyişməyib.

Modern.az xəbər verir ki, məhkəmə Koçaryanın vəkillərinin bununla bağlı vəsatətini təmin etməyib.

Koçaryan 2008-ci ildə prezident seçkilərinin nəticələrini tanımayan aksiya iştirakçılarına qarşı güc tətbiq edilməsi ilə bağlı konstitusiyanı pozmaqda ittiham olunur.

 O zaman prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı hərbçilərdən istifadə olunmuş, toqquşmalarda azı 8 nəfər həlak olmuşdu.

2018-ci ilin iyulunda həbs olunan Koçaryan məhkəmə qərarları ilə iki dəfə həbsdən buraxılıb, sonradan prokurorların şikayəti əsasında yenidən həbs olunub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir