Çernobıldakı yanğınlar Kiyevdə havanın keyfiyyətini pisləşdirib.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtı Kiyev və eyniadlı vilayətin bir neçə rayonunda havanın keyfiyyəti kəskin şəkildə pisləşib.
Ukrayna Hidrometeorologiya İnstitutunun iyunun 29-da yaydığı məlumata görə, buna səbəb Çernobıl zonasında baş verən təbii yanğınlardır.
Qurumun bildirdiyinə əsasən, yanğınlardan yaranan tüstü və havadakı hissəciklər küləyin təsiri ilə Kiyev və ətraf rayonlara yayılıb. Sakinlərə zərurət olmadıqca açıq havada uzun müddət qalmamaq, pəncərələri bağlı saxlamaq və havanın keyfiyyəti ilə bağlı rəsmi məlumatları izləmək tövsiyə olunur.