Modern.az

Xameneinin müavini qəzada öldü

Xameneinin müavini qəzada öldü

Dünya

Bu gün, 02:37

İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbərzadə yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Modern.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, o, Kirman əyalətində avtomobilin aşması nəticəsində dünyasını dəyişib.

M.Əkbərzadə tibb müəssisəsinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada