Modern.az

İran ABŞ ilə gizli görüş iddialarını təkzib etdi

İran ABŞ ilə gizli görüş iddialarını təkzib etdi

Dünya

29 İyun 2026, 22:35

İran rəsmi şəxsləri yaxın günlərdə Dohada ABŞ ilə hər hansı bir danışıqlar aparmağı planlaşdırmadıqlarını bəyan ediblər.

Modern.az xəbər verir ki, bu barədə məlumatı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai idarənin “Telegram” kanalında paylaşıb.

XİN rəsmisi yayılan xəbərləri qəti şəkildə təkzib edib:

“Yaxın günlərdə ABŞ ilə hansısa səviyyədə danışıqlar aparmaq planımız yoxdur. Amerika nümayəndə heyətinin Qətərə səfər etməsi, İran nümayəndə heyətinin memorandum müddəalarının icrası istiqamətində atacağı addımlarla heç bir şəkildə bağlı deyil”.

Bununla paralel olaraq, İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də iyunun 30-da Dohada tərəflər arasında texniki məsləhətləşmələrin nəzərdə tutulmadığını təsdiqləyib.

Xatırladaq ki, iyunun 29-na keçən gecə “Axios” portalı ABŞ və İranın qarşılıqlı zərbələri dayandırmaq barədə razılığa gəldiyini xəbər vermişdi. İddialara görə, Vaşinqton və Tehran iyunun 30-da Dohada Hörmüz boğazı ilə bağlı yaranmış fikir ayrılıqlarını tənzimləmək üçün məsləhətləşmələr keçirməli idi.

“Reuters” agentliyi isə Qətər paytaxtındakı danışıqlarda Vaşinqtonu ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerin təmsil edəcəyini yaymışdı. Lakin rəsmi Tehranın son bəyanatları bu görüşün baş tutmayacağını ortaya qoyub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada