Arxiv
18 Sentyabr 2019, 08:56 | MEDİA
Arif Əliyev: “Bizim sayt təkcə xəbər çatdırmayacaq, xidmət də təklif edəcək”

“Pressklub.az saytının funksiyası xəbər çatdırmaqdan daha genişdir. Çünki saytımızın güclü statistik təhlil bazası qurulub”.

Bu barədə Modern.az-a yeni yaradılan Pressklub.az saytının fəaliyyətindən danışarkən onun təsisçilərindən biri olan Arif Əliyev danışıb. O qeyd edib ki, sayt tək məlumatlandırmaqla kifayətlənməyərək, xidmət də təklif edəcək:


“Ona görə, Pressklub.az xəbər istehsalı ilə bərabər, həm də korporativ sayt kimi seçiləcək. Daha çox jurnalistlərə, sosial media fəallarına yönəlmiş fəaliyyət nəzərdə tutulub”.


Arif Əliyev qeyd edib ki, xəbərlərin dərc edilməsində siyasi balansın qorunması prosesi jurnalist etikası prinsiplərinə uyğun həyata keçiriləcək:


“Söhbət ondan getmir ki, bu bir istiqamətə yönəldilsin. Hər hansı siyasi baxışa uyğun xəbər, məlumat informasiya dərc olunubsa, digər siyasi baxışdan da balanslı şəkildə dərc olunmalıdır. Hansısa məsələ ətrafında müxtəlif tərəflərin fikirləri öz əksini tapmalıdır. Səninlə eyni müstəvidə olub-olmamasına fərq qoymadan, hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır. Qeyd etdiyimiz məqamlara Azərbaycanda buna əməl edilməsə də, jurnalist etikasından xəbərdar olanlar bunu bilir”.


Saytın sosial media fəallarına yönəlik fəaliyyəti ilə seçiləcəyini vurğulayan jurnalist pressklub.az-ın fəaliyyətində gənclərin rolunun üstünlük təşkil edəcəyini söyləyib:


“Yeni media texnologiyalarının vacibliyini anlasaq da, hətta mənim üçün belə bunun qavramı o qədər çətindir. Buna görə istəsək də, istəməsək 3-4 yaşından telefonla topla oynadığı kimi “oynamış” gənclərin bu məsələdə rolu aparıcı qüvvədir. Saytın kollektivi, qurduğumuz komanda əksəriyyəti gənclərdir. Onlara belə bir fikri çatdırmağa çalışıram: bunu öyrənin, sonra mən işi sizə təhvil verim, gedim.

Hələlik Bakı Mətbuat Klubunun geniş mənada, fiziki bərpasına çalışmaq əsas məqsədimizdir. Bərpa edildikdən sonra jurnalistlərin əvvəlki qaydada - fərdi üzvlük vasitəsilə kluba qoşulması mümkün olacaq. İndi virtual məkanda fəaliyyət göstərən klubun – Pressklub.az saytının informasiya bazasına isə hər kəsin əli çatacaq. Halbuki, xidmətlərdən istifadə üçün qeydiyyatdan keçmək mütləqdir. Hər kəs saytın xəbər və məlumatlarından istinad göstərmək şərti ilə rahatlıqla istifadə edə bilər”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə koronavirus 18 279 nəfərin həyatına son qoydu 9 Aprel 2020, 21:36 “Türkiyədə 3 Azərbaycan vətəndaşı koronavirusa yoluxub” - Səfir 9 Aprel 2020, 21:21 Türkiyədə koronavirus qurbanlarının sayı 908-ə çatdı 9 Aprel 2020, 21:08 Hərbi qulluqçular yaşı 65-dən yuxarı şəxslərə yardım çatdırıblar 9 Aprel 2020, 20:44 ATƏT PA-nın Bürosu Dağlıq Qarabağdakı “seçkiləri” ictimai sağlamlığa təhlükə adlandırdı 9 Aprel 2020, 20:27 Fəzail Ağamalıdan etiraz: VİDEONU KƏSİB BİZİ HƏDƏFƏ GÖTÜRÜBLƏR 9 Aprel 2020, 20:12 Koronavirusdan zərər çəkən sahibkarlara yardım edilməsinə başlanıldı 9 Aprel 2020, 20:01 Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılmasına RAZILAŞDI 9 Aprel 2020, 19:52 Gürcüstanda daha 7 nəfərdə COVİD-19 tapıldı 9 Aprel 2020, 19:41 Karantindən evə buraxılan tələbədən məktub: “Gələn dəfə “Relax”a istirahət üçün gəlmək ümidi ilə...” - VİDEO 9 Aprel 2020, 19:37 “OPEC+” ölkələrinin nazirlərinin videokonfransı başladı - Neft BAHALAŞACAQ? 9 Aprel 2020, 19:29 UNEC brendi Xorvatiyada da tanındı 9 Aprel 2020, 19:24 Yol polisindən paytaxt sakinlərinə müraciət: Sağlamlığınıza biganə qalmayın 9 Aprel 2020, 19:16 Vasif Talıbovdan yeni kadr təyinatı 9 Aprel 2020, 19:09 Qazaxda 68, Tovuzda 71 nəfər cərimələndi - Karantin rejimini pozduğuna görə 9 Aprel 2020, 18:54 İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının fövqəladə zirvə görüşü keçiriləcək 9 Aprel 2020, 18:46 İşsizlərə birdəfəlik ödəməyə görə ən çox yaranan sualların CAVABLARI 9 Aprel 2020, 18:40 Azercell dünyanın ən çox baxılan televiziya kanalarını təqdim edir 9 Aprel 2020, 18:33 Koronavirusdan ölənlərin sayı 90 minə ÇATDI 9 Aprel 2020, 18:30 Akademik Arif İsmayılzadə vəfat etdi   9 Aprel 2020, 18:24 Peşə təhsili üzrə teledərsin sabaha olan CƏDVƏLİ 9 Aprel 2020, 18:16 Çingiz Qənizadə: “Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi” 9 Aprel 2020, 18:09 Nazarbayev: Dünyaya güc göstərənlər bu ağır vəziyyətdən dərs almalıdırlar! 9 Aprel 2020, 18:00 Naftalan İcra Hakimiyyəti əlil və ahıllara yardım edib - FOTO 9 Aprel 2020, 17:56 Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını 37-yə endirdi 9 Aprel 2020, 17:50 14 gün qaldı - Türkiyəli professordan PEYVƏND MÜJDƏSİ 9 Aprel 2020, 17:44 Azərbaycanın bu bölgəsində daha 2 nəfər koronavirusa YOLUXDU 9 Aprel 2020, 17:38 Qanunsuz miqrasiya ilə məşğul olan 6 qrup zərərsizləşdirilib 9 Aprel 2020, 17:32 Koronavirus dünyanın “ən təhlükəli nöqtəsi”nə SÜLH GƏTİRDİ 9 Aprel 2020, 17:26 Yeni deputat Məşhur Məmmədov Baş Nazirə müraciət etdi 9 Aprel 2020, 17:20 Maliyyə Nazirliyi birdəfəlik ödəmə ilə bağlı ödənişlərin ilk tranşını köçürdu 9 Aprel 2020, 17:17 Koronavirusla mübarizə üçün daha 97 milyon manat ayrıldı - SƏRƏNCAM 9 Aprel 2020, 17:13 DYP etibarnamə ilə bağlı məlumat yaydı 9 Aprel 2020, 17:09 Fransada yaşayan AZƏRBAYCANLI: “Burada ciddi un qıtlığı yaranıb” 9 Aprel 2020, 17:03 Koçaryan pandemiyaya görə azadlığa çıxa bilər 9 Aprel 2020, 17:02