Arxiv
19 Sentyabr 2019, 13:27 | PARLAMENT
“O, harda olubsa, orada canlanma baş verib” - Deputatlar Cavid Qurbanov haqda DANIŞDILAR

Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun 61 yaşı tamam olur.

Cavid Qurbanov 1 yanvar 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub.

1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirib. 1975-1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışıb.

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra - 1987-1992-ci “Elektromexanizasiya” Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor işləyib. 

1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış “Avtonəqliyyat” Birliyində baş direktor, 1993-1994-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətində prezident vəzifəsində işləyib.

1995-ci ildə “Azərərzaqnəqliyyat” Birliyində direktor olub.

1996-1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu idarəsinin Təchizat şöbəsində rəis işləyib. 

1997-2001-ci illərdə “Azərdəmiryolservis” İstehsalat Birliyində rəis vəzifəsində çalışıb.

2003-cü ildən “Yolnəqliyyatservis” Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi vəzifələrində çalışıb.

2007-ci ilin fevral ayından “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə çevrilməsilə əlaqədar, “Azəryolservis” ASC-nin sədri olub.

9 fevral 2015-ci ildən bu günə qədər "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədridir.

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

18 sentyabr 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib..

123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Milli Məclisə deputatı seçilib. Hazırda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində təmsil olunur.

Yeni Azərbaycan Partiyasının üzvü, texniki elmlər namizədidir.


Deputat həmkarları Cavid Qurbanovun doğum günü ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.



Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov:


“Cavid Qurbanov harada işləyibsə, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. İstər “Azəravtoyol”da, istər "Azərbaycan Dəmir Yolları"nda gördüyü işlər göz qarşısındadır. Azərbaycan "Azərbaycan Dəmir Yolları"nda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, Bakı-Gəncə sürət qatarı, Bakı-Sumqayıt qatarı, Bakı kəndlərini birləşdirən dairəvi dəmir yolunun çəkilməsi kimi bir çox işlər görülüb.  Cavid Qurbanov millət vəkili kimi də çox aktivdir, əhalinin xeyrinə olan məsələləri hər zaman gündəmə gətirir. Mənimlə eyni komitədədir, orada da hər zaman fəallıq göstərir. Deputat seçildiyi Kəlbəcər əhalisi ilə də daim görüşür, onlara yardımlar edir. Cavid Qurbanova uzun ömür, can sağlığı arzu edirəm. Uğurları daim artsın”.

 


Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı:

“Dəyərli dostum Cavid Qurbanovu təbrik edirəm. Ona bundan sonra da səmərəli fəaliyyəti üçün Allah uzun versin. Cavid Qurbanov həm millət vəkili kimi, həm də “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri kimi çox önəmli bir fəaliyyətlə məşğuldur.  O, mahiyyət etibarı ilə yaradıcıdır. Rəhmətlik babası Dədə Şəmşirin yaradıcılıq istedadı, şeir yazmaq bacarığı ona da keçib.  Cavid Qurbanov hansı işdə olubsa, orada yaradıcılıq, canlanma, səliqə-səhman var. Son illərə qədər Azərbaycan dəmir yollarında vəziyyət bərbad idi. Ancaq Cavid Qurbanov ölkə Prezidenti tərəfindən bu vəzifəyə təyin olunandan sonra sözün həqiqi mənasında canlanma özünü özünü göstərdi. Dəmir yollarımız tamamilə yenidən qurulur, dünya standartları səviyyəsinə çatdırılıb. Bunlar Cavid müəllimin əməyi nəticəsində baş verməkdədir.
Cavid müəllim həm də sədaqətli dostdur, daşımış olduğu ideyalara, mənəvi dəyərlərə çox sadiqdir. O bu gün ölkə Prezidentinin tapşırıqlarını çox sədaqətlə həyata keçirməkdədir. Cavid Qurbanov həm də gözəl ailə başçısıdır, mən özüm bir sıra epizodlarda bunun şahidi olmuşam.  Bütün üstün keyfiyyətləri özündə daşıyır. Allah ona can sağlığı versin, üzündən təbəssüm əksik olmasın”.

 


Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov:


“Cavid  Qurbanovu ad günü münasibəti ilə təbrik edirəm, iş fəaliyyətində uğurlar arzulayıram. Dövlətimizin, dövlətçiliyimizin inkişafında, möhkəmlənməsində fəaliyyətində uğurlar arzulayıram. Cavid Qurbanov respublikamızda çox vacib, məsul bir sahəyə rəhbərlik edir. Rəhbərlik elədiyi dövrdə həmin sahədə diqqətə çatacaq uğurlar, inkişaf müşahidə olunur. Cavid Qurbanovu dövlətçi, sədaqətli, etibarlı bir həmkarım kimi tanıyıram. Bir daha can sağlığı arzulayıram”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02