Arxiv
21 Sentyabr 2019, 20:48 | DİASPOR
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                       

Türkiyənin İstanbul şəhərində Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısı keçirilib.

Modern.az  xəbər verir ki, toplantının keçirilməsində məqsəd qarşılıqlı fikir mübadiləsinin aparılması və Koordinasiya Şuralarında birləşən soydaşlarımızın məlumatlandırılmasıdır.


Toplantıya Azərbaycan dövlət himninin səsləndirilməsi ilə  başlanılıb.


Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirakçıları salamlayaraq müzakirə olunacaq məsələləri bir daha diqqətə çatdırıb.


Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Koordinasıya Şuralarını təmsil edən şəxsləri Türkiyədə görməkdən məmnun olduğunu bildirib və onlara uğurlar arzulayıb.


Komitə sədrinin Azərbaycanın diaspor siyasəti, bu istiqamətdə atılan konkret addımlar, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi, müasir onlayn platformalarda birləşərək daha mütəşəkkil fəaliyyətə nail olmaları, eyni zamanda bu sahənin prioritetlərini özündə əks etdirən dərin təhlil xarakterli  çıxışı maraqla qarşılanıb.  


Toplantı  Koordinasiya Şuralarının bu günə kimi gördükləri işləri əks etdirən hesabatın  təqdimatı ilə davam edib.


Vaxtaşırı məsuliyyətsiz bəyanatlarla çıxış edən Ermənistan rəhbərliyinin hərəkətlərinə qarşı Azərbaycan diasporunun, xüsusilə Avropada yaşayan azərbaycanlıların davamlı və sistemli fəaliyyətinin təşkili ilə bağlı  müzakirə aparılıb,  onlara adekvat cavabların verilməsinin istiqamətləri müəyyən edilib və bununla bağlı yol xəritəsi hazırlanıb.


Diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi,  təcavüzkarın heç bir hüquq və mənəviyyat çərçivəsinə sığmayan hərəkətlərinin Avropada daha geniş kütləyə çatdırılması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  aparılan işlərin daha da dərinləşməsi güclü intellektual potensiala malik olan diasporumuzun da ən mühüm fəaliyyət istiqamətidir.


Bununla yanaşı, Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Avropa ölkələrində məskunlaşan  bəzi azərbaycanlı mühacirlərin  ölkəmizin ümumi mənafeyinə zidd çıxış və hərəkətləri ilə bağlı fikirlərini bildirib, onları  ciddi şəkildə qınadıqlarını bəyan ediblər.
 
Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunin iş  prinsipləri haqqında danışılıb və  Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının I toplantısının iştirakçıları Fonda müraciət formaları, layihələrin yazılması və s barədə ətraflı məlumatlandırılıblar.


Toplantıda qarşılıqlı fikir mübadiləsi aparılıb və  birgə fəaliyyətin perspektivlərini müəyyən edən yekun qərar qəbul olunub.


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Fişəng fabrikindəki partlayışda ölü sayı artdı - VİDEO 4 İyul 2020, 00:53 Böyük Britaniyada koronavurudan 137 nəfər öldü 4 İyul 2020, 00:41 “İki gün ev şəraitində müalicə alıb, qızdırması düşmüşdü” - Etibar Babayevin xanımı 4 İyul 2020, 00:29 16 şəhər və rayonda iki günlük ictimai nəqliyyatın fəaliyyəti dayandırılır 4 İyul 2020, 00:16 Bakı metrosu bu gündən iyulun 20-dək İŞLƏMƏYƏCƏK 4 İyul 2020, 00:04 DOST mərkəzləri xüsusi karantin günlərində də fəaliyyət göstərəcək 3 İyul 2020, 23:56 Bərdədə 7 yaşlı uşaq bacısını öldürdü 3 İyul 2020, 23:43 Prezident yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı 3 İyul 2020, 23:31 Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vurdu 3 İyul 2020, 23:21 Daha həkim koronavirusdan öldü 3 İyul 2020, 23:06 Xəlifəlik qurmaq istəyənlər yaxalandı 3 İyul 2020, 22:53 “Fəxri ad davası aparan elə adamlar var ki, jurnalistikanın baş hərfindən xəbəri yoxdur” - Baş redaktor 3 İyul 2020, 22:46 Rusiya ölkəyə miqrantların axınında maraqlıdır 3 İyul 2020, 22:33 Azərbaycan vətəndaşı Gürcüstanda qətl törədib 3 İyul 2020, 22:19 Minsk qrupu xalqları müharibəyə hazırlayır 3 İyul 2020, 22:07 Türkiyədə 178 278  nəfər koronavirusdan sağalıb 3 İyul 2020, 21:54 Saatlı sakini intihar edib 3 İyul 2020, 21:37 Milyonlarla vəsait əldə edən şirkətlərin BENEFİSİAR SAHİBİ 3 İyul 2020, 21:23 Birinci xanım koronavirusdan sağaldı 3 İyul 2020, 21:09 Hindistanda yerli koronavirus vaksininin sınaqları başlayır 3 İyul 2020, 20:49 Yaponiyada koronavirusa yoluxanların sayı 20 mini ötdü 3 İyul 2020, 20:33 Xarici işlər naziri koronavirusa YOLUXDU 3 İyul 2020, 20:16 Mehriban Əliyeva şəhid ailəsinin mənzil problemini həll etdi - FOTOLAR 3 İyul 2020, 20:00 “Şərəfi olan adam vəzifədən asılı olmayaraq şərəfsizlik eləmir” - MÜSAHİBƏ 3 İyul 2020, 19:40 Vətəndaşların nəzərinə - “ASAN xidmət” və  “ASAN Kommunal” 4 gün işləməyəcək 3 İyul 2020, 19:32 Yeni tədris ili avqustun 31-dən başlayacaq - Türkiyədə 3 İyul 2020, 19:24 Saatlının su problemi nəzarətə götürüldü 3 İyul 2020, 19:17 “Qanun dəyişməyincə, kamera vasitəsilə cərimə yazılmayacaq” - Rəsmi 3 İyul 2020, 19:10 Apteklərdə dərman çatışmazlığı var? - Prezidentin köməkçisindən cavab 3 İyul 2020, 19:01 Baş redaktor koronavirusdan sağaldı 3 İyul 2020, 18:58 Krediti olanlara güzəşt ediləcək? - AÇIQLAMA 3 İyul 2020, 18:55 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi artırıldı 3 İyul 2020, 18:50 TƏBİB sədri özəl xəstəxanalardan narazıdır - məlumatlar bizə gec daxil olur 3 İyul 2020, 18:45 Şeyx din xadimlərini topladı - FOTO 3 İyul 2020, 18:42 Şahmar Mövsümov:Testin özünün etibarlılığı 70 faizdir 3 İyul 2020, 18:36