Modern.az

Rektor tələbələrə daha 10 tövsiyə verdi

Rektor tələbələrə daha 10 tövsiyə verdi

Aktual

21 Sentyabr 2019, 22:10

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov gənclərlə növbəti tövsiyələrini bölüşüb. Modern.az-ın məlumatına görə, rektor bu dəfə aşağıdakı tövsiyələri verib:


1. Dərslərinizə daha çox vaxt ayırın. Ən güclü silahın bilik və savad olduğunu unutmayın.
2. Müəllimlərinizin qiymətini bilin. Onlara dəyər verin.
3. Dost seçimində diqqətli olun. Hər insanla dostluq etməyin.
4. Sağlamlığınızı qoruyun. Zərərli fikir və qidalardan uzaq olun.
5. Sizə verilən şansları düzgün dəyərləndirin.
6. Bu günün işini sabaha buraxmayın.
7. Dərslərinizlə ilk gündən ciddi məşğul olun.
8. Özünüzdə kitabxana vərdişi yaradın.
9. Nizamlı və intizamlı olun.
10. Prinsipal və məqsədyönlü olun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır