Modern.az

Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb  

Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb  

23 Sentyabr 2019, 12:59

Bu il Azərbaycanda 7345,93 hektar sahədə şəkər çuğunduru əkilib. Bu sahələrdən 5693,13 hektarı sadə üsulla, 1652,8 hektarı isə Pivot sistemi ilə suvarılır. Ümumilikdə bu il 25 rayonda şəkər çuğunduru becərilib. Ən çox şəkər çuğunduru İmişli (917,65 ha), Ağcabədi (843,5 ha), Tovuz (668 ha), Tərtər (670,45 ha) Beyləqan (557,7 ha), Füzuli (553.7 ha) rayonlarında əkilib.

Kəndə Təsərrüfatı Nazirliyindən Modern.az-a bildirilib ki, hazırda respublikada şəkər çuğunduru yığımı davam edir. Sentyabrın 23-dək sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb. Yığım göstəricisinə görə Hacıqabul rayonu öndədir. Rayonda bu il 171,8 hektar sahədə şəkər şuğunduru becərilib, bu günədək sahələrdən 8 min 498 ton məhsul yığılıb. Tovuz rayonunda 3 min 995 ton, İmişlidə 3 min 502 ton, Ağcabədidə 3 min 253 ton şəkər çuğunduru toplanıb.

Şəkər çuğunduru yığımı davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir