Arxiv
24 Sentyabr 2019, 09:16 | MEDİA
Tısbağa sürətli mətbuat katibləri...

Onlar niyə nazirliklərin “danışan dili”nə çevrilə bilmirlər...


Son zamanlar texnoloji inkişafın yüksək həddə çatması, sosial şəbəkələrin aktivləşməsi jurnalistikanın da imkanlarını genişləndirir, informasiya yayımının sürətlənməsinə səbəb olur. Sosial şəbəkələrin aktivləşməsi mətbuat katibliyi institutunun da işinə təsir edir. Müxtəlif qurumlarla bağlı informasiyaların jurnalistlərə, mediaya ötürülməsi sürətlənir. Lakin bu inkişaf öz-özlüyündə yeni problemlər də ortaya çıxarır. Yaranan problemlərdən biri də operativlik baxımından mətbuat katiblərinin sosial şəbəkələrin sürətinə yetişə bilməməsidir.

Həmçinin, bir çox dövlət qurumlarının, rəsmi şəxslərin sosial şəbəkə hesablarının olması informasiyanın bu profillər vasitəsilə ötürülməsini daha da asanlaşdırır. Beləliklə, yeni bir sual ortaya çıxır: hətta nazirlər, ölkə başçıları belə vacib məlumatları sosial şəbəkə vasitəsilə insanlara operativ ötürə bilirlərsə, mətbuat katibliyinə nə dərəcədə ehtiyac qalır?
Elə bu suala cavab tapmağa çalışan şəxslər mətbuat katibliyi institutunun tədricən sıradan çıxacağı, yaxud tamamilə fərqli formata keçəcəyi iddiaları ilə çıxış edirlər.



Modern.az-a bununla bağlı danışan tanınmış jurnalistlər isə tamam fərqli fikirlər səsləndiriblər.


Milli.az saytının baş redaktor müavini Elçin Alıoğlu hesab edir ki, Azərbaycanda üç dövlət qurumunun mətbuat xidməti daha operativ işləyir -  Fövqəladə Hallar Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi və Dövlət Miqrasiya Xidməti:

“Sosial şəbəkələrin inkişafı, geniş yayılması müvəqqəti prosesdir. Çünki şəbəkələr hazırda keçid mərhələsindədir. Artıq biz fərdin virtuallaşması və post sosialinsan dövrünə keçməliyik və keçəcəyik. Buna qətiyyən şübhəniz olmasın. Vaxtilə ən populyar sosial şəbəkələr olan “My Space”, “Odnaklassik” və digərləri artıq kölgədə qalıblar. Hələlik “Facebook”, “İnstagram” populyardır. Bunların yenilənməsi də qaçılmazdır.

“Mətbuat xidmətlərinin qürub vaxtıdır” fikri ilə qətiyyən razı deyiləm. Əksinə, Şərq və Qərbin inkişaf etmiş ölkələrində mətbuat xidmətləri daha intensiv işləyirlər və daha çox çalışırlar. Hətta məsələ o yerə çatıb ki, bəzi ölkələrdə mətbuat xidmətlərinin rəhbərləri siyasətçilərdən daha populyardır və cəmiyyətə xitabı daha tez yayılır. Məsələn, Kremlin sözçüsü Dmitri Peskov artıq yetişmiş siyasətçi sayıla bilər və o, çox populyar fiqurdur. Eynilə İraq müdafiə nazirinin mətbuat katibi də hətta müdafiə nazirindən daha populyardır”.


Buna baxmayaraq, Elçin Alıoğlu düşünür ki, bizim mətbuat katibləri sosial şəbəkələrdə çox zəif işləyirlər:


“Sosial şəbəkə anında xəbər çatdırma, xəbər anlama mexanizminə çevrilib. Bu düsturdan istifadə edilmirsə, mətbuat xidməti ancaq press-relizlər, bəyanatlar, açıqlamalar göndərməklə kifayətlənirsə, bu uduzmağı deməkdir. Məsələnin digər tərəfi də budur ki, jurnalistlər həmişə mətbuat xidmətlərindən şikayətlənirlər. Halbuki, mətbuat xidmətlərinin jurnalistlərdən şikayətlənməyə daha çox haqqı var. Çünki jurnalistlər hər hansı informaisya əldə edəndə onu dəqiqləşdirməyə, yaxud əlavə informasiya – “background” əldə etməyə çalışırlar. Bunun əldə edilmə yolları isə daha fərqlidir. Tutaq ki, hər hansı hadisə baş verib. Qərb jurnalistika ənənəsinə görə, jurnalist həmin hadisə baş verən yerə yollanmazdan əvvəl hadisənin lokallaşdırılması ilə məşğul olmalıdır. Yəni hadisə harada, niyə baş verib suallarına ilkin cavablar axtarılmalıdır. İlk olaraq, sosial şəbəkədən. Hadisə yerinə gedəndə isə hadisədə zərər çəkənlər, udanlar, uduzanlar və digər məsələlərə aydınlıq gətirilməlidir. Bu proseslər gedərkən jurnalist eyni zamanda mətbuat xidməti ilə əlaqə saxlamalıdır. Bizdə isə bütün bu piramida, mexanizm tamam baş ayaqdır. Jurnalistlər arasında “hansı mətbuat xidmətindən razısınız?” şəklində sorğu keçirəndə gəlin, axıra qədər obyektiv olaq. Mətbuat xidmətləri arasında da sorğu keçirək ki, “siz jurnalistlərdən nə qədər razısınız?”. Çünki həmin mətbuat xidmətlərində çalışanlar da məhz jurnalistlərdir”.


Jurnalist mətbuatda formalaşan “təbrik etmə” ənənəsini də tənqid atəşinə tutub:


“Belə tendensiya var. Kimsə mətbuat katibi təyin olunanda dərhal təbrik edilir. Onu öz həmkarları təbrik edirlər. Bu acınacaqlı durumdur. Çünki jurnalist artıq mətbuat xidmətinin rəhbəri olarkən, məmura çevrilir. Onu məmur olmaq münasibətilə təbrik etmək düzgün deyil. Çünki onun fəaliyyət, düşüncə azadlığı müəyyən məntiqi çərçivəyə girir. Xaricdə hansısa məşhur media orqanının əməkdaşı mətbuat katibi olanda onu təbrik etmirlər. Amma bizdə jurnalistikanı yaxşı bilən, aktiv jurnalistlər mətbuat katibi təyin olunanda təbriklər yağır. Gəlin, elə həmin mətbuat katiblərindən soruşaq ki, indiki jurnalistikanın fəaliyyətindən razısınızmı?”.



Azpost.info saytının baş redaktoru
Xəqani Səfəroğlu da mətbuat xidmətlərinin heç bir halda dağıla bilməyəcəyini düşünür. Jurnalistin fikrincə, bu strukturun işinin günün tələblərinə uyğun qurulması vacibdir:


“Biz –“Yeni Media Jurnalistləri” İctimai Birliyi hələ 3-4 il əvvəl mətbuat xidmətinin yeni formatının tapılmasına ehtiyac olduğunu demişdik. Mətbuat xidməti təmsil etdiyi qurumun aynası olmalıdır. Yəni qurumun, nazirliyin, hər hansı təşkilatın informasiyalara, baş verənlərə reaksiyasının çevik, yoxsa passiv olması mətbuat katibinin fəaliyyətindən bilinir. Bizdə mətbuat katibi hələ ki, nazirliklərin “danışan dili”nə çevrilə bilməyib. Onlar məmur stilində yazılaraq əllərinə verilmiş mətni yaymaqla məşğuldurlar. O da əgər rəhbərlik icazə versə... Mətbuat xidmətinin işini bir nəfər apara bilməz. Əvvələr bəlkə də bu mümkün idi. Amma bugünkü internet əsrində, hər dəqiqə bir xəbərin yayıldığı məqamda bu xidmət çevik işləyən ayrıca bir şöbə olmalıdır. Bu şöbə SMM menecerindən, struktura aid məlumatları toplayıb təhlil edəndən, lazımi açıqlamanı rəhbərliklə razılaşdırıb, KİV-ə ötürən xidmət rəhbərindən ibarət komanda ilə çalışmalıdır. “İnformasiyanı kim birinci yaydısa, o da udur”. Bu günkü dünyanın devizi budur. Baş vermiş hadisə barədə tısbağa sürəti ilə günün sonunda məlumat yayan xidmətin heç bir effekti ola bilməz”.


Mətbuat xidməti rəhbərinin PR işini bilməli olduğunu xüsusi vurğulayan X.Səfəroğlu həmçinin qeyd edib ki, media ilə sıx təmasda olmaq, işlədiyi strukturların fəaliyyətinə dair “informasiya vitrini”ni həmişə əlinin altında saxlamaq mətbuat katibinin vacib xüsusiyyətidir:


“Çeviklik ən vacib məsələdir. Əgər jurnalist xəbəri sosial şəbəkədən oxumadan nazirliyin saytında, açıqlamasında oxuyarsa, bu zaman əlavə şayiələrə, qeyri-dəqiqliyə ehtiyac qalmayacaq. Mətbuat katibi faktları gizlətmək üçün deyil, onu aydınlaşdırmaq və təmsil etdiyi strukturun inandırıcı mövqeyini sərgiləmək üçündür. Bəzən rəsmi mövqe üçün bir cümlə belə kifayət edir. Mətbuat katibi əlçatan olmalıdır. Günün istənilən vaxtında verilən sualları cavablandırmaq istedadını göstərməlidir. Kobudluq edən, jurnalistə zorla öz mövqeyini yeridən, “elə yazma, belə yaz” tipli göstərişlər verən mətbuat katibi bəribaşdan həm qurumun imicini, həm də karyerasını zərbə altına qoyur. Bizim nazirliklərdə, təşkilatlarda olan mətbuat xidmətləri bu baxımdan fəaliyyətlərini tam yeniləməlidirlər”.

 

“Cümhuriyət” qəzetinin redaktoru Elman Cəfərli
Azərbaycanda dövlət qurumlarının mətbuat xidmətlərinin işindən narazılıq olduğunu təsdiqləyib. O, diqqətə çatdırıb ki, bir çox dövlət qurumlarında mətbuat katibləri öz funksiyasını yerinə yetirmək istəmirlər:


“Bəzi qurumların mətbuat xidmətlərinin rəhbərləri özünü nazir müavini kimi aparır. Bəzi məlumatlara görə, bir sıra qurumlarda şişirdilmiş ştatlar da mövcuddur. Bu baxımdan hesab edilir ki, mətbuat xidmətlərinə ehtiyac yoxdur. Lakin belə düşünmürəm. Mənim fikrimcə, yeni dövrdə mətbuat xidmətlərinin işi yenidən qurulmalıdır. Sosial şəbəkələrin populyar olduğu indiki dövrdə “mətbuat xidmətlərinə ehtiyac yoxdur” deyə bilmərik. O zaman belə bir fikir yarana bilər: oxucu informasiyanı sosial şəbəkələrdən alırsa, bu qədər saytların olmasına nə gərək var?

Çağdaş İKT dövründə biz yalnız imkanların genişlənməsindən danışa bilərik. Dövlət qurumları və təhsil müəssisələrinin Mətbuat xidmətləri işini çevik təşkil etməli, mediaya açıq olmalıdır. Sosial şəbəkələr ictimaiyyətin, medianın, vətəndaşın dövlət qurumuna əlçatanlığını təmin edir. Mənim sosial şəbəkə dostluğumda bir neçə millət vəkili, məmur, mətbuat xidməti rəhbəri var. Olub ki, hansısa problemi onları nəzərinə daha tez çatdırmşam və məsələ həll edilib. Bu baxımdan mənə elə gəlir ki, sosial şəbəkələr mətbuat xidmətlərinin rolunu azaltmır. Əksinə,  onlara yeni imkanlar açır. Azərbaycanda sosial şəbəkələrlə işləməyin yaxşı örnəkləri var. Bir sıra dövlət qurumları tez-tez ictimaiyyət üçün canlı yayımlar edirlər. Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir neçə dəfə canlı yayım ediblər. Mənim fikrimcə, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azərsu” ASC-nin mətbuat xidmətləri mediaya, ictimaiyyətə açıqdı, əlçatandır. Onlar sosial şəbəkənin imkanlarında. maksimum istifadə edə bilirlər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Prezident eyhamla söylədi ki, “özünüzü yığışdırın!”” 17 Oktyabr 2019, 19:29 İstanbulda yeni zəlzələ proqnozlaşdırıldı 17 Oktyabr 2019, 19:24 Ermənistanda yaşayış binası çökdü 17 Oktyabr 2019, 19:09 Notariusun evindən 374 min manat oğurlayan şəxslərə hökm oxundu 17 Oktyabr 2019, 18:55 Fuad Qəhrəmanlı və Zümrüd Yağmurun boşanma məhkəməsi təxirə düşdü 17 Oktyabr 2019, 18:41 Şəhid xanımı xarici jurnalistlərlə Quba Soyqırım Məzarlığında - FOTO 17 Oktyabr 2019, 18:30 Minsk qrupundan Qarabağla bağlı nikbin BƏYANAT 17 Oktyabr 2019, 18:20 Deputatlar Prezidentin Saleh Məmmədovu qəbul etməsindən DANIŞDILAR 17 Oktyabr 2019, 18:19 65 xarici jurnalist 3 gün Azərbaycanda – FOTOLAR 17 Oktyabr 2019, 18:17 Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilir   17 Oktyabr 2019, 17:56 “Sanksiya ritorikaları 70 illik NATO alyans ruhu ilə uyğun gəlmir” - Türk ordusundan ETİRAZ 17 Oktyabr 2019, 17:54 Zakir Həsənov Pekinə gedəcək 17 Oktyabr 2019, 17:53 Bakıda rəisin evindən yarım milyonluq oğurluq edən şəxslərə hökm oxunub 17 Oktyabr 2019, 17:41 Manat sabah bu məzənnədə olacaq 17 Oktyabr 2019, 17:39 İcra Hakimiyyəti Tərtərdəki aksiyanı TƏSDİQLƏDİ: “Yayılan video yenidir” 17 Oktyabr 2019, 17:24 Gənclər Fondunun qrant müsabiqəsinin nəticəsini ELAN ETDİ 17 Oktyabr 2019, 17:20 Ukrayna Azərbaycanlıları Radası: diaspor siyasətində nə dəyişir 17 Oktyabr 2019, 17:15 İlham Əliyevdən çoxmənzilli binaların lift təsərrüfatı ilə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 17:12 Serbiyada təhsil üçün TƏQAÜD proqramı elan olundu 17 Oktyabr 2019, 17:10 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur 17 Oktyabr 2019, 17:10 Prezident Yuxarı Şirvan kanalı ilə bağlı sərəncam imzaladı 17 Oktyabr 2019, 17:06 Sabah bələdiyyə seçkiləri ilə bağlı qərar veriləcək 17 Oktyabr 2019, 17:01 Prezident Saleh Məmmədovu qəbuluna çağırdı: “Belə də davam edin!” 17 Oktyabr 2019, 17:00 Mariya Zaxarova rəsmi Bakının etiraz notasına REAKSİYA VERDİ 17 Oktyabr 2019, 16:59 Elina Hacıyevanın anasından Prezidentə MÜRACİƏT 17 Oktyabr 2019, 16:56 Rektor əmr İMZALADI - Universitet müəllimlərinin maaşı 25 faiz artdı 17 Oktyabr 2019, 16:51 Hulusi Akardan şok AÇIQLAMA: “Terrorçular kimyəvi silahdan istifadə edib günahı üzərimizə atmağa çalışır" 17 Oktyabr 2019, 16:49 Prezidentdən Faiq Qarayevlə bağlı SƏRƏNCAM 17 Oktyabr 2019, 16:41 Putin şəxsən “İsgəndər” raketlərinin sınağını keçirdi 17 Oktyabr 2019, 16:36 Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin rəhbəri HƏBS edildi 17 Oktyabr 2019, 16:33 Zakir Həsənov həmsədrlərlə müzakirə apardı 17 Oktyabr 2019, 16:28 Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd olundu   17 Oktyabr 2019, 16:20 “Biznesdə məmur sahibkarlığı aradan qaldırılsın!” - Deputatdan 8 TƏKLİF 17 Oktyabr 2019, 16:15 “Azərişıq” 9 yaşlı Zəhranın xərclərini qarşılayacaq? - AÇIQLAMA 17 Oktyabr 2019, 15:51 BMU-nun tələbələri beynəlxalq təlimdə iştirak edəcəklər 17 Oktyabr 2019, 15:47