Modern.az

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB

Qızıl Xaç Komitəsi Dilqəmlə Şahbazdan XƏBƏR GƏTİRİB

Aktual

24 Sentyabr 2019, 10:01

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində  Ermənistan tərəfindən saxlanılan şəxslərlə - Dilqəm Əsgərov və Şahbaz Quliyev görüşüb.

Bu barədə Modern.az-a Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

O qeyd edib ki, təmsil etdiyi qurum münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edir:

“Görüş zamanı saxlanılan şəxslərə ailələri barədə məlumatlar verilib, həmçinin onlardan ailələrinə çatdırılması üçün məlumatlar toplanıb”.

İ.Hüseynovanın sözlərinə görə, BQXK mandatına uyğun olaraq, saxlanılan şəxslərlə rəftarı, saxlanma şəraitlərini monitorinq edir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. D.Əsgərov və Ş.Quliyev üzərində qurulan  "məhkəmə” qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır