Arxiv
24 Sentyabr 2019, 11:18 | HADİSƏ
“Qızıl Xaç” Dilqəmlə Şahbazdan nə gətirib? - Girovların yaxınları DANIŞDI

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri sentyabr ayında Dağlıq Qarabağ münaqişəsi nəticəsində  Ermənistan tərəfindən saxlanılan şəxslərlə - Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb.

Modern.az görüşün detalları, ailələrə hansı məlumatların çatdırıldığını öyrənmək üçün Dilqəm Əsgərov və Şahbaz Quliyevin yaxınları ilə əlaqə saxlayıb.


Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Modern.az
-a bildirib ki, Komitə başçkmə barədə ona məlumat verib:


“Bildirdilər ki, Komitə nümayəndələri öz mandatına uyğun olaraq sentyabr ayında  atamgillə görüşüblər. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüş baş tutduqdan dərhal sonra ailələrin narahatlığını nəzərər alaraq, Komitə əməkdaşları mənimlə əlaqə saxlayıblar. Bildirdilər ki, “atanızla görüşmüşük, səhhəti normaldır, narahat olmayın. Əlavə məlumatlar-məktub, video olub-olmadığı ilə bağlı yaxın günlərdə sizə məlumat verəcəyik”. Biz də onlardan yeni məlumatlar gözləyirik”.

 

K.Əsgərov həmçinin Azərbaycan tərəfinin Dağlıq Qarabağda saxlanılan azərbaycanlıların dəyişdirilməsilə bağlı təkliflərilnə dair fikirlərini də bölüşüb:


“Ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi və aidiyyatı dövlət qurumları, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri girovların azad olunması istiqamətində müxtəlif platformalarda, beynəlxalq təşkilatlarda daimi olaraq məsələ qaldırırlar. Mən inanıram ki, cənab Prezidentin apardığı siyasət nəticəsində atam Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdiriləcəklər. Bildiyiniz kimi, Rusiya və Ukraynada da “hamının-hamıya” prinsipilə dəyişdirilmə prosesi baş tutdu.

Ermənistan baş nazirinin köməkçisi bu yaxınlarda Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsinin istisna olmadığını açıqladı. Ermənistanın müdafiə naziri belə bir açıqlama verdi ki, Azərbaycanda saxlanılan erməni diversantların Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişdirilməsinə razıdır. Dərhal sonra Ermənistanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirdirərək, dəyişdirilmə prosesini dəstəklədiklərini bəyan etdi. Mən ümid edirəm ki, yaxın vaxtlarda Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycanda saxlanılan erməni diversantlarla dəyişdirilməsinə nail olacaq. Və Dilqəm Əsgərovla Şahbaz Quliyev Azərbaycanda Azərbaycana gələcəklər”.

 

Şahbaz Quliyevin qardaşı Manaf Quliyev də Modern.az-a açıqlamasında qardaşı barədə Komitə tərəfindən məlumatlandırıldığını qeyd edib:


“Ötən həftə görüşüblər. Amma hələlik məktub almamışıq. Bildirdilər ki, yaxın günlərdə bu barədə məlumat veriləcək”.


Girovların erməni diversantlarla dəyişdirilməsilə bağlı məlumatlara gəlincə, M.Quliyev belə müzakirələrin ilk dəfə aparılmadığını diqqətə çatdırıb:


“Belə müzakirələr çox olub, amma hamısı da nəticəsiz qalıb. Bizimkilər deyir “dəyişək”, amma görünən odur ki, ermənilər razı deyil. Danışıqlar getsə belə, bu barədə bizə məlumat verilməyib, nə də bizimlə məsləhətləşən var. Qardaşımgil artıq 5 ildir düşmən əlindədir, bu qədər dözüblər, çox əzab çəkiblər. Qardaşımın geri qayıtmağını çox arzulasam da, nədənsə nagümanam. Düşmənə arxayın ola bilmirəm”.

 

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqdar Dövlət Komissiyası növbəti dəfə -11 sentyavr 2019-cu ildə Ermənistan tərəfinin işğal altındakı Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülərək qeyri-qanuni azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin erməni hərbçilər - Azərbaycanda terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə ordumuza təslim olmuş Araik Kazaryanla qarşılıqlı mübadilələrinə Azərbaycan tərəfinin hazır olması barədə aidiyyəti beynəlxalq təşkilatlara rəsmi məlumat verib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Qarabağda qurulan  "məhkəmə” qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin köməkçisindən Qorbaçovla bağlı ÇAĞIRIŞ 20 Yanvar 2020, 12:57 Sabah hava necə olacaq? 20 Yanvar 2020, 12:48 20 Yanvar faciəsində harada idiniz: Elçin Şıxlı, Rəşad Məcid, Elşad Eyvazlı… 20 Yanvar 2020, 12:39 Tanınmış jurnalist vəfat edib 20 Yanvar 2020, 12:09 Azərbaycanda 1 dəqiqəlik sükut 20 Yanvar 2020, 12:01 Pərvin Kərimzadə şəhid ailələrini ziyarət edib-FOTO 20 Yanvar 2020, 11:53 Fəzail Ağamalı şəhid ailələri və kənd ağsaqqalları ilə görüşdü - FOTO 20 Yanvar 2020, 11:45 Jalə Əliyeva seçicilərlə görüşüb - FOTO 20 Yanvar 2020, 11:36 “Ağla, qərənfil, ağla” – şerin müəllifi, mərhum Məmməd Aslanın qızı danışdı 20 Yanvar 2020, 11:27 Şəhidlər xiyabanı  BU GÜN 20 Yanvar 2020, 11:18 Azərbaycanın əsas xarici ticarət tərəfdaşları 20 Yanvar 2020, 11:09 Tariximizin QANLI və ŞANLI səhifəsi: 20 Yanvar necə anılmalı... 20 Yanvar 2020, 11:00 Lənkəranda 20 Yanvar faciəsi qurbanları yad edilib - FOTO 20 Yanvar 2020, 10:55 Əhəd Abıyev 20 Yanvar faciəsi ilə bağlı görüb bildiklərini danışdı - VİDEO 20 Yanvar 2020, 10:50 “İnsanlar baş verən dəyişikliklərə biganə yanaşmırlar” - Məzahir Pənahov 20 Yanvar 2020, 10:43 Siyavuş Novruzov: “Biz insanlarla birbaşa yaşadığı ünvanlarda görüşməyə üstünlük veririk” 20 Yanvar 2020, 10:35 Bərdə seçiciləri Zahid Orucu belə qucaqladılar - FOTOLAR   20 Yanvar 2020, 10:30 Məcburi köçkünlərin yaşadığı binada YANĞIN 20 Yanvar 2020, 10:23 Bakı metrosunda 1 dəqiqəlik sükut olacaq 20 Yanvar 2020, 10:16 Parlament seçkilərində “exit-poll” keçirmək istəyənlər üçün SON GÜN   20 Yanvar 2020, 10:08 İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi - VİDEO 20 Yanvar 2020, 10:00 Rəşad Camalov seçicilərlə ilk görüşünü keçirib - FOTO 20 Yanvar 2020, 09:54 Şuşa TV-nin keçmiş əməkdaşı: “20 Yanvarda AzTV partladılmışdı, ermənilər də bizim televiziyanın işinə əngəl törədirdilər”   20 Yanvar 2020, 09:47 Ceyhun Məmmədov məcburi köçkünlərlə görüşüb - FOTO 20 Yanvar 2020, 09:38 20 Yanvardan sonra qaboy yas müsiqi alətinə çevrildi – Kamil Cəlilov: “Şəhidlərin ah-naləsinə qaboyum ağlayırdı” 20 Yanvar 2020, 09:29 Cəbhədə gərginlik artıb - Düşmən pulemyotları işə saldı 20 Yanvar 2020, 09:20 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 08:53 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07
SORĞU Yeni parlamentdə kimlər olsun?