Modern.az

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

Qazaxıstan Azərbaycana yeni səfir təyin etdi

Aktual

30 Sentyabr 2019, 10:43

Qazaxıstan Azərbaycana yeni səfir təyin edib.

 

Modern.az xəbər verir ki, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Fərmanına əsasən, Abdıkerimov Serjan Oralbayeviç Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin olunub və Qazaxıstan Respublikasının Çexiya Respublikasındakı və eyni zamanda Slovakiya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsindən azad olunub.

 

Serjan Abdıkerimov 11 may 1976-cı il tarixindı Karağandı şəhərində anadan olub. 1993-1998-ci illərdə Abay adına Almatı Dövlət Universitetində təhsil alıb. Diplomatik fəaliyyətini 1998-ci ildə Üçüncü departamentin Avropa və Amerika idarəsinin referenti qismində başlayıb. Bundan öncə o, Qazaxıstanın Cənubi Koreya, Avstriya, Böyük Britaniyadakı səfiliklərində müxtəlif vəzifələrdə çalışıb, ölkəsinin Bolqarıstandakı müvəqqəti işlər vəkili vəzifəsini icra edib. Ailəlidir, 3 oğlan və 1 qız uşağı var. Rus və ingilis dillərində sərbəst danışır, fransız, koreya və indonesiya dillərində passiv şəkildə danışa bilir. Qazaxıstanın “Kurmet” ordeni, Ukraynanın “Zəhmət və Şücaət” medalı və Qazaxıstanın bir neçə hökumət və yubiley medalları ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır