Modern.az

AzVision.az saytı 7 yaşına çatdı

AzVision.az saytı 7 yaşına çatdı

Media

1 Oktyabr 2019, 08:37

Oktyabr ayının 1-də AzVision.az saytının yaranmasından 7 il ötür.


Modern.az
xəbər verir ki, müstəqil media qurumu olan AzVision.az ölkənin və dünyanın hadisələrini izləyir, təhlil edir və oxuculara çatdırır.


İctimai-siyasi xarakterli ciddi media qurumu olduğuna görə bu sayt əyləncə və şou xarakterli məlumatlara yer ayırmır. AzVision.az müxtəlif sahələrə (siyasət, mədəniyyət, elm... ) aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materialarına üstünlük verilir.


Saytın baş redaktoru tanınmış jurnalist Vüsal Məmmədovdur.


Modern.az saytı olaraq AzVision.az kollektivini gözəl gün münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!