Modern.az

Ukraynadakı erməni səfirindən Azərbaycana qarşı TƏXRİBAT

Ukraynadakı erməni səfirindən Azərbaycana qarşı TƏXRİBAT

Qarabağ

1 Oktyabr 2019, 12:42

Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan Azərbaycana qarşı təxribatla məşğuldur.

 

Modern.az xəbər verir ki, səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində və şəxsən səfir Tiqran Seyranyanın səhifəsində Qarabağa qanunsuz səfər etməklə bağlı çağırış yer alıb. Daha geniş auditoriya əldə etmək üçün həmin elan Ukrayna və ingilis dillərində yerləşdirilib.

 

Xatırladaq ki, erməni səfirin təxribatı Ukrayna Xarici İşlər Nazirliyinin ölkə vətəndaşlarını Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyaya səfər etməməklə bağlı çağırışından sonra həyata keçirilib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı