Modern.az

Jurnalistlərin gündüz çıraqla axtardığı politoloqlar - Onların sayı heç 10-a çatmır

Jurnalistlərin gündüz çıraqla axtardığı politoloqlar - Onların sayı heç 10-a çatmır

3 Oktyabr 2019, 09:02

Az qala bütün sahələrdən yazan jurnalistlərin şikayətləndiyi ortaq bir problem ekspert qıtlığı ilə bağlıdır. Kütləvi informasiya vasitələrinin oxucuları da siyasi, iqtisadi, sosial, hərbi, iqtisadiyyat və s. sahələr üzrə eyni simaların açıqlamalarını oxumaqdan yorulurlar.

 

Siyasi  ekspertlərin azlığı bu sahədə bir növ monotonluq formalaşdırıb.

Ekspert qıtlığından şikayətlənən jurnalistlər Azərbaycanın ən yaxşı politoloqlarının adlarını Modern.az-la  bölüşüblər. Həmkarlarımızın sadaladıqlarından görünür ki, ən yaxşı politoloqların siyahısı 10 nəfərə belə çatmır.

 

“Türküstan” qəzetinin, eyni zamanda turkustan.info qəzetinin baş redaktoru Aqil Camal ən yaxşı politoloqlar hesab etdiyi cəmi 3 nəfərin adını çəkib:

“Mütəmadi şərhlərini izlədiyim, proqnozlarına etibar etdiyim cəmi 3 nəfər var: Arzu Nağıyev, Elxan Şahinoğlu və Şahin Cəfərli”.

 

Publika.az saytının siyasət müxbiri Asif Nərimanlı isə mərhum politoloq Vəfa Quluzadəni xatırlayıb:

Eldar Namazov, Tofiq Zülfüqarov və Yeganə Hacıyevanı izləyirəm. Allah Vəfa Quluzadəyə qəni-qəni rəhmət eləsin, siyasətdən yazan jurnalistlər onun üçün çox darıxırlar. Vəfa müəllim geri qayıtmayacağına görə yəqin ki, biz onun yanına gedəcəyik”.

 

“Report” Agentliyinin əməkdaşı İlkin Pirəli də düşünür ki, Azərbaycanda bu sahədə çox az insan peşəkardır. Jurnalistin fikrincə, ümumi danışıq, hər kəsin bildiyini söyləmək politologiya deyil:

“Analiz vermək, mövcud vəziyyəti dəyərləndirmək, çıxış yolu təklif etmək elə də asan məsələ deyil. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayılı, "Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlunu, sabiq xarici işlər naziri Tofiq Zülfüqarovu izləyirəm. Bu şəxslərin kifayət qədər ciddi analizləri olur”.



Jurnalist Elçin Xalidbəyli isə son vaxtlar özlərini politoloq adlandıranların sayının artdığını söyləyib:

“Bu sahədə ciddi çatışmazlıqlar var. Ancaq Hikmət Hacızadə və Elxan Şahinoğlununun şərhlərini müsbət dəyərləndirirəm. Azər Rəşidoğlu da yaxşı politoloqdur”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaş Etibar Seyidağa isə bəzi gənc politoloqların da yaxşı şərhlər səsləndirdiyini söyləyib:

“Daimi və arabir işlədiyim politoloqlar var. Məni qane edənlər sırasında üst yerlərdə Elxan Şahinoğlu, Nəzakət Məmmədova, Qabil Hüseynli, Elçin Mirzəbəyli, Tofiq Zülfüqarov, Natiq Miri dayanır. Onlar həm gündəmi yaxşı izləyirlər, həm də yaxşı analitik təhlil qabiliyyətləri var. Bu politoloqlar fərqli yanaşmalar ortaya qoyurlar.  Bəzi politoloqlar isə bu sahəyə yeni başlayıblar. Təcrübələri az olsa da, onlar da lazımi təhlil verə bilirlər. Məhəmməd Əsədullazadə, Əhəd Məmmədli yaxşı politololqlar sırasında öz yerlərini tutmağa başlayırlar”.  

 

“Yeniçağ.az” saytının əməkdaşı Səxavət Məmməd isə politoloqları dəyərləndirərkən hər şeydən öncə obyeklivliyə önəm verir:

“Hazırda izlədiyim politloqlar İlham İsmayıl, Nəsimi Məmmədli, Şahin Cəfərli, Elxan Şahinoğlu, Tərlan Eyvazovdur. Düzdür, bəziləri irad tuta bilər ki, İlham İsmayıl təhlükəsizlik üzrə ekspertdir, Tərlan Eyvazov isə hərbi sahə üzrə ekspertdir. Ancaq hər iki şəxsi yaxından tanıdığım üçün bilirəm ki, onlar siyasi mövzulara da çox obyektiv yanaşırlar. Politoloqların şərhi ilə yanaşı, proqnozları çox önəmlidir. Dəfələrlə Nəsimi Məmmədlinin verdiyi proqnozların dəqiq çıxdığının şahidi olmuşam. Şahin Cəfərlinin beynəlxalq məsələlərə münasibəti çox maraqlı olur və onu izləyirəm. Elxan Şahinoğlu da izlədiyim, tez-tez müraciət etdiyim politloqlardandır”.

 

Redaktor.az saytının siyasət yazarı Firuzə Vahid isə Yeganə Hacıyeva və Erkin Qədirlinin adlarını xüsusi vurğulayıb:


“Onlardan əlavə, Azər Rəşidoğlu, Arif Əliyev, Eldar Namazov, Tofiq Zülfüqarov, Natiq Cəfərlinin siyasi yazılarını, jurnalist İlkin Həsənovun təhlillərini maraqla izləyirəm. İlqar Vəlizadəni yaxşı politoloqlar siyahısına əlavə edə bilərəm. Proqnozları özünü doğruldan, mütəmadi bizimlə əməkdaşlıq edən analitik Elçin Mirzəbəyli də ən yaxşılar sırasındadır.

Ən çox müraciət etdiyim politoloq isə Eldar Namazovdur”.

 

Şərq” qəzetinin siyasət müxbiri İsmayıl Qocayev fərqli siyasi mövzularla bağlı savadlı, intellektual, prosesləri izləyən kifayət qədər politoloqun olduğunu xatırladıb:

“Məsələn, Eldar Namazov, Cümşüd Nuriyev, Elxan Şahinoğlu, İlqar Vəlizadə, Məhəmməd Əsədullazadə, Qabil Hüseynli, Natiq Miri, Azər Rəşidoğlu, Elnur Soltan, Zaur Məmmədov, Sədrəddin Soltan kifayət qədər peşəkar və proqnozları özünü doğruldan siyasi şərhçilərimizdir”.

 

Axar.az saytının əməkdaşı, siyasi təhlilləri ilə diqqət çəkən gənc jurnalist İlkin Həsənov da fikirlərini bizimlə bölüşüb:

Eldar Namazov, Fuad Çıraqov, Ərəstun Oruclu və Erkin Qədirli ən çox şərhlərini oxuduğum politoloqlar sırasındadır. Digər siyasi şərhçilər analiz vermirlər, sadəcə öz fikilərini analiz kimi təqdim etməyə çalışırlar”.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir