Modern.az

Azərbaycanda bu gün 2,2 milyon nəfər məktəbə gedir

Azərbaycanda bu gün 2,2 milyon nəfər məktəbə gedir

Təhsil

Bu gün, 08:09

Azərbaycanda sentyabrın 15-də Bilik Günü və 2026–2027-ci tədris ilinin başlanması qeyd olunur. Ölkənin ümumi təhsil müəssisələrində ilk dərslər keçirilir.

Modern.az xəbər verir ki, yeni tədris ilində Azərbaycanda ümumilikdə 2,2 milyon nəfərin təhsil alacağı gözlənilir. Onların 1,7 milyondan çoxunu ümumi təhsil müəssisələrinin şagirdləri təşkil edəcək.

Paytaxt məktəblərində isə 504 mindən çox şagird təhsil alacaq. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 39 mindən çox uşaq ilk dəfə birinci sinfə qədəm qoyacaq.

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə də təhsil şəbəkəsi genişləndirilir. Bu il həmin ərazilərdə 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

2026–2027-ci tədris ilinin ilk dərsi “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunacaq. Məktəblərdə ilk zəng çalınacaq, minlərlə uşaq məktəb həyatı ilə ilk dəfə tanış olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Yolları kəsərək niyə daraldırsınız? - İctimai nəqliyyatda DƏHŞƏTLİ TIXAC