Modern.az

Qubanının kənd məktəbində işləməyə gələn gənc müəllimlər: “Buranı təsadüfən seçmədik”

Qubanının kənd məktəbində işləməyə gələn gənc müəllimlər: “Buranı təsadüfən seçmədik”

3 Oktyabr 2019, 11:35

Qubanın Nurəddin Rzayev adına Əsparasti kənd orta məktəbində 4 gənc müəllim çalışır. Onlar ölkənin müxtəlif bölgələrindən bura gəliblər. Modern.az həmin gənc müəllimləri təqdim edir:


Gənc müəllim Orxan Cəfərov deyir ki, uşaqlarla işləməkdən məmnundur: "Əslən sabranli olsam da, Bakıda doğulmuşam. 2016-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmişəm. Müəllimlik peşəsini çox sevirəm. Öz istəyimlə buranı seçdim. 53 balla bura düşdüm. Əvvəl bura gələndə düşünürdüm ki, yuxarı siniflərlə işləmək çətin olacaq. Ancaq əksini gördüm. Çox yaxşı anlaşıriq".


Qubanın Nurəddin Rzayev adına Əsparasti kənd tam orta məktəbini seçən digər gənc fizika müəllimi Vüsalə Hacibalayevadir. O da kənd məktəbini həvəslə seçdiyini bildirib:

"Əslən Qəbələdənəm. Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirmişəm. 47 balla bura düşdüm. 3 il olar ki, müəllim işləyirəm. Uşaqlarla işləmək çox yaxşıdı. Elə bu məktəbdə işləyən müəllimlə də ailə qurmuşam. Bir övladımız var".


Bakıdan bura informatika müəllimi kimi işləməyə gələn Samirə Məmmədli isə deyir ki, kənd məktəbində işləmək arzusu olub:
"Əslən cənub bölgəsindənəm. İlk olaraq ərizəmdə Quba və Leriki yazmışdım. 44 balla bura düşdüm. Təbiəti çox sevirəm. Həmişə arzulamışam ki, dərs dediyim məktəb yaşıllıqlarin arasında olsun. Bura tam arzuladığım yerdir. Pəncərədən ətraf çox gözəl görünür. Çalışıram ki, informatika fənnini uşaqlara sevdigim".


Qubadan olan Aygün Məhərrəmova deyir ki, burda daimi qalib işləmək fikri var: “Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirmişəm. Qubada doğulmuşam. 44 balla bura gəlmişəm. Magistraturani da bitirmişəm. Çox istəyirəm ki, burda daimi qalıb müəllim kimi fəaliyyət göstərim".

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?