Modern.az

Müəllimlər ikinci dəfə sertifikasiya imtahanı verəcəklər - Nazir tarixi açıqladı

Müəllimlər ikinci dəfə sertifikasiya imtahanı verəcəklər - Nazir tarixi açıqladı

Təhsil

Bu gün, 15:53

Yaxın vaxtlarda ikinci dəfə sertifikasiyaya cəlb ediləcək müəllimlərin qiymətləndirmə çərçivəsi hazırlanacaq.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ibtidai təhsil üzrə "Oxu" fənninə üstünlük veriləcək.

Nazir qeyd edib ki, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq:

“Əgər biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”.

O əlavə edib ki, sertifikatlaşdırmanın ikinci mərhələsində müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, əməkhaqqı yanaşmaları ilə bağlı da müəyyən müzakirələr aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?