Müəllimlik ixtisaslarına qəbul azalıb.
Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu il müəllimlik ixtisaslarına 7 540 nəfər qəbul olunub:
“Biz düşünürük ki, müəllimlik ixtisaslarına qəbul balını artırmaqla daha yaxşı müəllimlər yetişdirə bilərik. Müəyyən sayda azalmalar olacaq. Əvvəllər 11 mindən yuxarı rəqəmdən danışırdıq. Amma indi 3 690 nəfərlik plan yeri azalıb. Bir çox aşağı balla müəllimlik ixtisaslarına qəbul olan tələbələr MİQ-də yaxşı bal toplaya bilmirlər”.
Emin Əmrullayev qeyd edib ki, ümumilikdə bu il 76 mindən çox şəxs ali məktəblərə qəbul olub.
Nazirin sözlərinə görə, magistratura səviyyəsinə isə 18 384 yer təqdim olunub.