Modern.az

Bu il 2,2 milyon nəfər təhsil alacaq - Rəsmi

Bu il 2,2 milyon nəfər təhsil alacaq - Rəsmi

Təhsil

Bu gün, 15:16

Bu il Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq.

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 1,6 milyon nəfər ümumi təhsil, 260 min nəfər ali təhsil, 226 min nəfər isə məktəbəqədər təhsil üzrə təhsil alacaq.

Emin Əmrullayev qeyd edib ki, bu il 124 min şagird birinci sinfə qəbul olunacaq.

Sizə yeni x var
Keçid et
Bakı metrosunda rəzillik, yollarda basabas - Günahkar kimdir?