Arxiv
3 Oktyabr 2019, 17:29 | TƏHSİL
Kooperasiya Universitetində “Əmək Yarmarkası” keçirilib - FOTOLAR

Oktyabrın 3-ündə Azərbaycan Kooperasiya Universitetində “Əmək Yarmarkası” keçirilib.

 

Modern.az xəbər verir ki, yarmarka Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev, Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov, Rayonun Yeni Azərbaycan Partiyası Təşkilatının sədri Təmraz Tağıyev, eyni zamanda Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və Bakı şəhər Məşğulluq İdarəsinin əməkdaşları, məzunlar və tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin rektoru, Millət vəkili, professor Eldar Quliyev açıb. Rektor çıxışında bu günün Azərbaycan Kooperasiya Universitenin müəllim-tələbə kollektivinin elmi, ictimai, sosial və mədəni həyatında əlamətdar gün olduğunu bildirib. “Gənclər hər bir xalqın gələcəyini və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak edən aparıcı qüvvədir. Aqil insanlar «Təhsil xəzinədir» deyiblər. Demək, təhsil xəzinədirsə, əmək onun açarıdır. Təhsil əməyə çevrilən zaman reallaşır və cəmiyyətə, dövlətə yararlı olur. Bu günkü tədbirimizin əsas qayəsi məhz belə yararlılığın təmin olunmasına nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, hər bir dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biri əmək bazarı və səmərəli məşğulluğun təmin edilməsi, yeni iş yerlərinin açılmasından ibarətdir. İşsizliyin azaldılması məqsədilə respublikamızda həyata keçirilən məşğulluq siyasəti öz bəhrəsini verir. Azərbaycanda sözügedən istiqamətdə dövlət başçısı cənab İlham Əliyev tərədindən müvafiq fərmanlar, qanunlar, sərəncamlar və dövlət proqramları qəbul edilmişdir. Sadalanan dövlət proqramlarının uğurlu şəkildə tətbiq edilməsi nəticəsində ölkədə makroiqtisadi göstəricilərdə yüksəliş olmuş, sosial-iqtisadi inkişaf üçün nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi nəticəsində iqtisadi firavanlıq xeyli yüksəlmişdir”. – rektor deyib.

 

Yarmarkada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Əliyev çıxış edərək bildirib ki, “Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə  davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bazar iqtisadiyyatının tələblərinə uyğun reallaşdırılan islahatlarla əhalinin sosial rifahının əlaqələndirilməsi konsepsiyası uğurla icra olunur. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur. Xüsusən, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Əhalinin məşğulluğunun artırılması isə bütün bu siyasətin qayəsini təşkil edir. Bu gün dövlətimiz işsizliyin minimuma endirilməsini özünün sosial siyasətində prioritet istiqamət elan edib və xüsusuilə də gənclərin, ali məktəb məzunlarının tezliklə işlə təmin olunması dövlətimiz üçün olduqca zəruri məsələdir. Bu gün bu yarmarkada 60-dan çox müəssisə 360-dan çox vakansiya təqdim etməklə sizlərin görüşünüzə gəlib. Ümid edirəm ki, bu gənclərimiz üçün çox faydalı olacaqdır”.

 

Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov, Rayonun Yeni Azərbaycan Partiyası Təşkilatının sədri Təmraz Tağıyev də çıxış edərək Yarmarkanın gənclər üçün əhəmiyyətindən söz açaraq yarmarkanın fəaliyyətinə uğurlar arzulayıblar. 

 

Sonda tədbir iştirakçıları stendlərlə tanış oldular.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
102 FM tezliyi üçün sənəd qəbulu başa çatdı - 5 iddiaçı var 12 Dekabr 2019, 18:17 Finlandiyanı qadınlar idarə edəcək - Zərif məxluqlar əsas POSTLARDA 12 Dekabr 2019, 18:03 Elmar Məmmədyarov Latviya Prezidenti ilə görüşüb 12 Dekabr 2019, 17:40 Səhhəti pisləşən xalq artistindən XƏBƏR VAR 12 Dekabr 2019, 17:32 Dollar və manatın sabahkı MƏZƏNNƏSİ 12 Dekabr 2019, 17:29 Bibiheybət yolu nə zaman təmir olunacaq? 12 Dekabr 2019, 17:12 Azərbaycan Dünya Bankının kreditindən imtina edib  12 Dekabr 2019, 17:05 Millimizin sabiq futbolçusu həbs edildi 12 Dekabr 2019, 16:50 "Quş qripi" ilə bağlı monitorinqlərə başlanılır 12 Dekabr 2019, 16:44 Diaspor fəalları Kiyevdə Heydər Əliyevi andı - FOTOLAR 12 Dekabr 2019, 16:38 YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq” 12 Dekabr 2019, 16:36 Vasif Talıbov yeni qurum yaratdı 12 Dekabr 2019, 16:30 Tahir Kərimlinin partiyası da seçkilərə gedir 12 Dekabr 2019, 16:23 Bakı metrosunun iş vaxtı uzadıldı    12 Dekabr 2019, 16:16 Əli Əhmədov Zelenski ilə görüşüb 12 Dekabr 2019, 16:10 Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU 12 Dekabr 2019, 16:01 Bakı-Məşhəd istiqamətində birbaşa uçuşlar başlanır 12 Dekabr 2019, 15:55 Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə! 12 Dekabr 2019, 15:50 Çempionlar Liqası: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi 12 Dekabr 2019, 15:44 Heydər Əliyev Mərkəzi ümummilli liderin anım günü ilə bağlı videoçarx hazırlayıb 12 Dekabr 2019, 15:38 “Tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik” - Mariya Zaxarova 12 Dekabr 2019, 15:32 Xalq artisti xəstəxanalıq oldu 12 Dekabr 2019, 15:24 “Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert 12 Dekabr 2019, 15:18 Heydər Əliyevin tarixi çıxışı: “Mənə deyiləndə ki, “Jurnalistlərin dostu” seçilmişəm, əvvəl inanmadım”  12 Dekabr 2019, 15:17 Bakıətrafı magistral yollarda hərəkət məhdudlaşdırılacaq 12 Dekabr 2019, 15:12 Heydər Əliyevin abidəsi önündə düşüncələr - Abbas Əliyev YAZIR 12 Dekabr 2019, 14:58 Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ 12 Dekabr 2019, 14:53 Diaqnostik qiymətləndirmədən sonra psixoloqların maaşı artacaq? - Nazirlikdən açıqlama 12 Dekabr 2019, 14:49 Gürcüstan parlamentində İNSİDENT – Deputatlar evakuasiya olundu 12 Dekabr 2019, 14:39 Nazir müavinindən direktorlar və təhsil şöbələrinin müdirlərinə XƏBƏRDARLIQ 12 Dekabr 2019, 14:37 Yeni il bayramında məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA 12 Dekabr 2019, 14:29 “Türk dünyasına Heydər Əliyev kimi lider hər zaman gəlmir” - Türkiyə səfiri 12 Dekabr 2019, 14:26 Polis 90 yaşlı qadına qarşı quldurluq edəni SAXLADI - FOTO 12 Dekabr 2019, 14:16 İrandan Azərbaycana 2 kiloqramdan çox heroin gətirən şəxs saxlanılıb 12 Dekabr 2019, 14:04 Nazirlik Gürcüstanda azərbaycanlı şagirdlərin dərsliklərlə təmin olunmasını öz üzərinə GÖTÜRDÜ 12 Dekabr 2019, 13:57