Arxiv
8 Oktyabr 2019, 10:00 | ÖLKƏ
Azərbaycanın Baş naziri vəzifəsinə gətirilən Əli Əsədov kimdir? - DOSYE

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov bu gün istefa verəcək. Modern.az xəbər verir ki, N.Məmmədovun məsələsi Milli Məclisin bu gün keçiriləcək iclasının da gündəliyinə daxil edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə Əli Əsədov gətirilir.

İclasın gündəliyinə daxil edilən 1-ci məsələ “Ə.H.Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəddir.


Bəs Baş nazir vəzifəsinə gətirilən Əli Əsədov kimdir?

Modern.az onun tərcümeyi-halını təqdim edir:

Əsədov Əli Hidayət oğlu 1956-cı il noyabrın 30-da Naxçıvan şəhərində anadan olub. 1974-cü ildə Bakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsinin təyinatına müvafiq olaraq Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş lobarant kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub.

1980-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989-1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.

1995-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Ölkə Prezidentinin 17 aprel 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi, 29 noyabr 2012-ci il tarixli sərəncamla isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2017-ci ilin 1 iyununda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda dəyişiklik edilib.
Bu dəyişiklik nəticəsində Əli Əsədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin olunub.
Ə.Əsədov 2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 2016-cı il 30 noyabrda 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 1-dərəcə dövlət müşaviridir.




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16 Nəsimidə dələduz saxlanılıb - FOTO 18 Oktyabr 2019, 10:10 Meral Akşənərdən Azərbaycanca təbrik - FOTO 18 Oktyabr 2019, 09:58 Bu ərazilərdə qaz kəsiləcək 18 Oktyabr 2019, 09:49 Ermənilər atəşkəsi 21 dəfə pozdu 18 Oktyabr 2019, 09:42 Kişilər olub e! 18 Oktyabr 2019, 09:37 ABŞ-la Türkiyə Suriya məsələsində razılaşdılar: YPG ərazidən çəkiləcək 18 Oktyabr 2019, 09:35 Fəttah Heydərov: “Tezliklə Qarabağda da belə bayramları qeyd edək!” 18 Oktyabr 2019, 09:34 Gülmirənin dünyası... 18 Oktyabr 2019, 09:30 Mehriban Əliyevadan Dövlət Müstəqilliyi Günü TƏBRİKİ 18 Oktyabr 2019, 09:19 Qlobal Jurnalistlər Şurasının Bakı Bəyannaməsi - Dünya jurnalistlərinə Qarabağla bağlı MÜRACİƏT 18 Oktyabr 2019, 09:03 Niyə bizə zootexnik, baytar, aqronom lazım deyil? - Gələcəyin faydalı ixtisasları barədə nə bilirsiniz… 18 Oktyabr 2019, 08:51 İsveçrənin geniş tərkibli nümayəndə heyəti Azərbaycana gəlir 18 Oktyabr 2019, 08:21 Ermənistan ordusunun son 25 ildə verdiyi İTKİLƏR - 5646 hərbçi ölüb 18 Oktyabr 2019, 08:08 El-Klasiko təxirə salınıb 18 Oktyabr 2019, 00:46 Məşhur idmançımız xəstəxanaya yerləşdirildi - FOTO 18 Oktyabr 2019, 00:20 Müstəqilliyimizin bərpasının 28 illik tarixi... 18 Oktyabr 2019, 00:02 Bakıda sərnişin avtobusu qəza törətdi 17 Oktyabr 2019, 23:47 Azərbaycan nefti bahalaşdı 17 Oktyabr 2019, 23:31 “Qarabağ”ın oyununa 30 min bayraq sifariş verildi   17 Oktyabr 2019, 23:12 “Məmurların əlində oyuncağa çevrilən mətbuat orqanları var” - Umud Mirzəyev 17 Oktyabr 2019, 23:02 Bakıda gənc oğlan itkin düşdü 17 Oktyabr 2019, 22:56