Modern.az

“STAR”da indiyəqədər 4,5 milyon ton xam neft emal olunub

“STAR”da indiyəqədər 4,5 milyon ton xam neft emal olunub

Aktual

10 Oktyabr 2019, 12:43

"STAR Neft Emalı Zavodu (NEZ) bu il sentyabrın sonlarından etibarən tam gücü ilə işləməyə başlayıb və indiyə qədər zavodda 4,5 milyon ton xam neft emal edilib".

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyədə keçirilən mətbuat konfransında STAR Neft Emalı Zavodunun Baş direktoru Mesut İlter bildirib.

 

 İlin sonuna kimi bu rəqəmin 8 milyon tona yüksələcəyinin nəzərdə tutulduğunu bildirən direktor, bazara dizel, təyyarə yanacağı, LPG kimi məhsulların çıxarıldığını da qeyd edib:

"Ötən aylarda "SOCAR Aviatio " İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. STAR NEZ-sə istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. STAR-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir".

 

Onun sözlərinə görə, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır:

 "Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara STAR NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacaq idxalına ehtiyac qalmayacağı ehtimal edilir".

 

Qeyd edək ki, ən böyük investisiya layihəsi olan STAR NEZ 2018-ci ilin oktyabrında fəaliyyətə başlayıb.6,3 milyard dollar dəyəri olan nəhəng layihə bu yaxınlarda təməli qoyulan əlavə saxlama obyekti investisiyası ilə təxminən 7 milyard dollarlıq miqyasa çatıb. STAR zavodunda tikintinin ən intensiv dövründə işlərə 14 ölkədən 19 500 adam cəlb edilib ki, onların da 3 mindən çoxu mühəndislər olub. Hazırda zavodda 1100 nəfər çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir