Modern.az

Türk ordusu 415 terrorçunu məhv etdi

Türk ordusu 415 terrorçunu məhv etdi

12 Oktyabr 2019, 09:18

“Fərat çayının şərqinə doğru “Sülh çeşməsi” əməliyyatı gecə boyunca uğurla davam etdirilib. PKK, PYD/YPG terrorçularına aid mövqelərə havadan və qurudan zərbələr endirilib. Bununla da ümumilikdə 415 PKK/PYD terrorçusu məhv edilib”.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, buna qədər Suriya ərazisində 399 terrorçunun məhv edildiyi deyilirdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi