Arxiv
14 Oktyabr 2019, 08:13 | REPORTAJ
Dövlət Nəzarət Təhükəsizlik Departamenti... Adı vahimə yaradan, xüsusi geyim forması olan bu qurum nə işlər görür? - FOTOLAR

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan Dövlət Nəzarət Təhükəsizlik Departamenti adlı təşkilat bizim də diqqətimizi çəkdi.

Bu ad adama təşkilatın ilk baxışda dövlət qurumu olduğu təsirini bağışlayır. Hətta az qala vahimə yaradır... İlk dəfə bəziləri kimi biz də elə bildik ki, söhbət Dövlət Təhlükəsizlik Xidmətinin – DTX-nın nəzdindəki hansısa bir departamentdən gedir...

Amma adında “Dövlət” sözü olan Dövlət Nəzarət Təhükəsizlik Departamenti sən demə özəl təşkilat imiş.

Həm də necə bir təşkilat... Xüsusi geyim forması, Bakı və Gəncə üzrə regional idarələri...

Dövlət Nəzarət Təhükəsizlik Departamenti Bakı Regional Texniki Təhlükəsizlik İdarəsi və Gəncə Regional Texniki Təhlükəsizlik Bölməsindən ibarətdir.

Qurumun saytına (www.devletntd.az) nəzər salırıq... Məhdud Məsuliyyətli Cəmiyyət olaraq Vergilər Nazirliyindən uçot şəhadətnaməsi almış Dövlət Nəzarət Təhükəsizlik Departamenti bu xüsusi geyim forması ilə hansı fəaliyyəti göstərir?

Təşkilatın saytında yerləşdirilən şəkillərə baxırıq... Belə görünür ki, qurumun əməkdaşları əsasən iaşə, xidmət və ticarət obyektlərinə hansısa sertifikat verməklə məşğuldur. Bu nə nə sertifikatıdır?

Əlaqə bölümündəki mobil nömrəni yığırıq. Dövlət Nəzarət Təhükəsizlik Departamenti Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi Sahib Hüseynov cavab verir. Ondan bu qurumun fəaliyyət istiqaməti, məqsəd və məramı barədə soruşuruq...

Sahib Hüseynov ilk müraciətimizə cavab vermək istəmədi. İkinci cəhdimizdə bəzi suallara cavab ala bildik. Çünki müsahibimizə izah etdik ki, sosial şəbəkədə bu qurumla bağlı müzakirələrdə onlara yönəlik bir sıra iradlar bildirilir... Hətta təşkilatı reket qurum adlandıranlar da az deyil. Buna bir aydınlıq gətirsinlər.

Sahib Hüseynov : - Bizim Dövlət Təhlükəsizlik Xidmətilə bağlılığımız yoxdur. Biz Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsiyik. Sizinlə danışan idarənin rəhbəri Sahib Hüseynovdur.

- Elə biz də sizin Dövlət Təhlükəsizliyi Xidmətilə əlaqəniz olub-olmadığını dəqiqləşdirmək üçün əlaqə saxladıq... Sizin idarə hansısa qurumun nəzdində fəaliyyət göstərir, yoxsa müstəqil təşkilatsınız?


-
Biz qüvvədə olan qanunvericiliyə uyğun olaraq nəzarət, texniki təhlükəsizlik və əməyin mühafizəsi xidmətinin göstərilməsi, təlimatların, tövsiyələrin verilməsi, mühəndis-texniki xidmətin həyata keçirilməsilə məşğuluq. Biz hüquqi və fiziki şəxslərə xidmət göstəririk.


- Şəkillərdən görünür ki, ayrı-ayrı mağazalarda, iaşə obyektlərində yoxlama aparıb sertifikat veririsiniz. Bu sertifikatlar həmin obyektlərə hansı fəaliyyətə görə verilir?


- Bunlar sertifikat deyil. Bunlar, hüquqi və fiziki şəxslərin Dövlət Nəzarət Təhlükəsizlik Departament ilə xidmət müqaviləsi bağladığını təsdiq edən şəhadətnamədir. Müqavilə bir il müddətinə bağlanılır və bizim xidmət göstərdiyimizi sübut edən sənəddir.


- Onda deyə bilərsinizmi ki, siz həmin obyektlərə, sahibkarlara hansı xidmətləri göstərirsiniz?

- Bizim göstərdiyimiz xidmət texniki təhlükəsizliklə bağlıdır. İşəgötürən əməyin mühafizəsilə bağlı işçiyə təlimat verməlidir. Sahibkar özü bu təlimatları verəndə çox gözəl. Verə bilməyəndə biz onların köməyinə çatırıq. Ehtiyac yarandığı təqdirdə bizə müraciət edirlər. İl boyu işəgötürənin işçilərini əməyin mühafizəsilə bağlı biz təlimatlandırırıq.


- Sizin dediyiniz məsələni tənzimləmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti fəaliyyət göstərir. Sizin göstərdiyiniz xidmətlər nazirliyə tabe olan qurumun səlahiyyətində olan məsələdir. Yəni onlar bu işin öhdəsindən gələ bilmir ki, siz də onlara kömək edirsiniz? Ayrı-ayrı MMC-lərin bu işlə məşğul olması qanunauyğundurmu?

- Bəli, biz tamamilə qanunla və qanunauyğun çalışırıq. Fikrimiz belə izah edirəm. Bildiyiniz kimi, Vergilər Nazirliyi və onun nəzdində Vergi Auditi Xidməti fəaliyyət göstərir. İstənilən hüquqi və fiziki şəxsi ildə bir dəfə audit edib yoxlamadan keçirir,əyri-əskiklərini üzə çıxarır. Lazım gəldikdə məsuliyyətə belə cəlb edirlər. Eyni zamanda, dövlətdən aldığı icazə ilə işləyən auditlər də var. Vergidən qabaq həmin hüquqi və fiziki şəxsləri audit edir. Onlara göstərdiyi xidmət bundan ibarət olur ki, vergi yoxlamları zamanı problem yaşanmasın. Nə olsun ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə bir xidməti var? O dövlət qurumudur, biz isə özəl təşkilatıq. Bizim xidmətimiz məcburi xarakter daşımır. Kim istəyirsə, könüllü şəkildə bizə müraciət edib xidmətlərimizdən faydalana bilər. Dövlət Əmək Müfəttişliyinin öz fəaliyyəti var, onlar qanunla müəyyən olunmuş nizamnamə əsasında fəaliyyət göstərirlər, biz onların işlərinə qaışmırıq.



- Saytınızdan oxuduğumuz qədərilə sizin təşkilat da xüsusi nizamnamə əsasında fəaliyyət göstərir...

- Əlbəttə. 2006-cı ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış nizamnaməmiz var. Eyni zamanda, 2019-cu ildə ikinci redaksiyada yenidən dövlət qeydiyyatına alınmış nizamnaməmiz oldu. Hər şey qanunla, qanunvericiliklə tənzimlənir.


- Fəaliyyətiniz təkcə Bakı ilə məhdudlaşır, yoxsa regionlarda da bölmələriniz var?


- Sumqayıtda ofisimiz olmasa da, faəliyyət göstəririk. Gəncə Texniki Təhlükəsizlik Bölməsi var. Nizamnamə Azərbaycan üçün verilib. Bizə Xaçmazdan da sifariş daxil olarsa, biz onlarla müqavilə əsasında xidmət göstərə bilərik.


- Xidmətlərinizin standart tarifləri var, yoxsa fərdə, sahibkara görə dəyişir?


- Qiymətlər göstərdiyimiz xidmətlərə görə razılaşma əsasında obyektin işçisinin sayından, obyektin kvadratından asılı olaraq, dəyişir. Orta hesabla obyektin hər kvadratmetrinə görə illik xidmət haqqı 50 qəpik müəyyən olunub. Əgər bizə müraciət edən sahibkarın obyekti 10 kvadratmetrdirsə, illik 5 manat pul köçürür, əvəzində ilboyu onlara əməyin texniki təhlükəsizliyilə bağlı ən azı bir dəfə xidmət göstəririk.


- Ümumilikdə neçə əməkdaşınız var? Onların hamısı bu işin peşəkarı, ixtisaslı kadrlardımı? Əvvəllər bu işlə məşğul olan adamlardılarmı?

- İşə ali təhsilli, müvafiq sahədə ən azı 3 il stajı olan və hərbi xidmət keçmiş (kişilərə aiddir) şəxslər cəlb olunur. Onlar əməyin mühafizəsi və texniki təhlükəsizlik kurslarında əlavə ixtisasartırmada iştirak edir, onların bilikləri yoxlanılır. İşə götürdüyümüz insanlar əsasən bu ixtisas üzrə mühəndislərdir, köhnə SƏTƏM (sağlamlıq əmək təhlükəsizliyi ətraf mühit) işçiləridir.


- Sirr deyilsə, özünüz bu MMC-də fəaliyyətə başlayanadək nə işlə məşğul olmusunuz, bu sahədə təcrübəniz olubmu?

- Mənim təhslim texniki təhlükəsizliklə bağlı deyil, tamam başqa sahə ilə bağlıdır. Amma buna qədər mühafizə şirkətinin rəhbəri kimi fəaliyyət göstərmişəm.


- Maraqlıdır, əməkdaşlarınızın məvacibi hansı mənbədən maliyyələşir?


- Bizim təşkilat təsərrüfat subyektli olduğu, büdcədən maliyyələşmədiyi üçün göstərdiyimiz xidmətlərdən əldə olunan gəlir hesabına formalaşır. Bununla təkcə əməkdaşlarımızın məvacibi yox, digər xərclərimiz də ödənilir.


- Hazırda neçə əməkdaşınız var?

- Bakı üzrə 9 əməkdaşımız var. MMC-nin ümumilikdə neçə əməkdaşı olması barədə məlumatsızam.


- Gələcəkdə fəaliyyətinizi genişləndirməyi planlaşdırırsınızmı? Ümumiyyətlə, gələcək üçün məqsəd və məramınız nədən ibarətdir?

- Hazırda bu xidmətə ehtiyac duyulduğu hiss olunur. Əvvəllər xidmətimizi təklif etdiyimiz 10 obyektdən 8-i imtina edirdi. Amma təbliğat apardıqca, maariflənmə getdikcə, vətəndaşlar bizim xidmətlərdən yararlanmaq üçün müraciətlər edirlər. Gələcəkdə daha savadlı, daha təcrübəli insanlarla əməkdaşlıq etməyi planlaşdırırıq. Bütün regionlarda bölmələr yaratmağı hədəfləmişik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27 Musa Quliyev şəhid ailələrini ziyarət etdi 19 Yanvar 2020, 16:11 “WhatsApp” növbəti dəfə çökdü - PROBLEM HƏLL EDİLDİ 19 Yanvar 2020, 16:09 Sahibə Qafarova seçiciləri ilə görüşüb 19 Yanvar 2020, 15:42 Rayonlarda yarım metrdən çox qar var: Bakı sakinləri, gedə bilərsiniz 19 Yanvar 2020, 15:07 Azərbaycanlı jurnalist vəfat etdi 19 Yanvar 2020, 15:00 Deputatlığa namizəd Nəsimi Paşayevin həyat yoldaşı: “O, bütün hallarda qalibdir!” 19 Yanvar 2020, 14:20 Xoşbəxt Yusifzadə 60 illik xəyalına qovuşdu – Elektrik qatarı ilə Pirşağıya…  19 Yanvar 2020, 14:06 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (VİDEO) 19 Yanvar 2020, 13:29 Azərbaycan seçki tarixində ilk: Seçicilər üçün  elektron kabinet – VİDEO  təqdimat 19 Yanvar 2020, 13:16 Çingiz Qənizadənin seçicilərlə növbəti görüşü 19 Yanvar 2020, 12:47 Gömrükdən qanunsuz dərman keçirmək istədilər - Fotolar 19 Yanvar 2020, 12:32 Novruz Aslanovun seçicilərlə görüşü davam edir - FOTOLAR 19 Yanvar 2020, 12:00 Azərbaycan XİN: "20 yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır" 19 Yanvar 2020, 11:45 Əhliman Əmiraslanov Sabirabadda seçicilərlə görüşüb 19 Yanvar 2020, 11:37 Çində yeni virusa yoluxanların sayı 1,7 min nəfərdən çox ola bilər 19 Yanvar 2020, 11:23 “Neftçi” Bordini istefaya göndərdiyini rəsmən açıqlayıb 19 Yanvar 2020, 11:18 Yunanıstanda zəlzələ olub 19 Yanvar 2020, 11:13 Partiya sədri parlament seçkiləri ilə bağlı mətbuatdakı sorğulara qarşı 19 Yanvar 2020, 11:08 Tramp impiçment üzrə bütün ittihamları rədd edib 19 Yanvar 2020, 10:43 Pensiyalar nə qədər artacaq? 19 Yanvar 2020, 10:37 Demokratlar Trampın impiçmenti sənədini Senata göndəriblər 19 Yanvar 2020, 10:27
SORĞU Yeni parlamentdə kimlər olsun?