Modern.az

İlham Əliyev Ərdoğanla “Barış pınarı”nı müzakirə edəcək

İlham Əliyev Ərdoğanla “Barış pınarı”nı müzakirə edəcək

14 Oktyabr 2019, 13:14

Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra mətbuat konfransı təşkil olunub.  Konfransda Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Türkiyənin Suriyada keçirdiyi “Barış pınarı” əməliyyatı ilə bağlı məsələyə toxunub.

 

Modern.az xəbər verir ki,  mətbuat konfransında jurnalistlərdən biri  “Bugünkü görüşdə Türkiyə-Suriya məsələsi müzakirə olunubmu" sualına nazir müavini Ramiz Həsənov belə cavab verib:

“Bugünkü görüşdə bu məsələ müzakirə edilmədi. Sabah prezidentlərin görüşündə Türkiyənin Suriyadakı əməliyyatının müzakirə ediləcəyi gözlənilir”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!