Modern.az

Jurnalist Mülatif Adurov xəstəxanadan evə buraxıldı

Jurnalist Mülatif Adurov xəstəxanadan evə buraxıldı

Media

14 Oktyabr 2019, 14:31

Azərbaycan Prezidentinin Fərdi təqaüdçüsü, Qarabağ müharibəsi veteranı, qocaman jurnalist Mülatif Adurov müalicə olunduğu Mərkəzi Klinik xəstəxanadan evə buraxılıb.

Modern.az-ın xəbər verir ki, Mülatif müəllim müalicəsini ev şəraitində davam etdirəcək.

Mülatif Adurov əməkdaşımızla qısa söhbət zamanı bildirib ki, onun xəstəxanaya yerləşdirilməsi barədə xəbər mətbuatda dərc olunandan sonra gözləmədiyi hadisə baş verib. Belə ki, həm Azərbaycanda, həm Türkiyədə olan jurnalist həmkarları, keçmiş iş yoldaşları, hətta tanımadğını insanlar belə onun səhhətilə maraqlanıb, şəfa diləyiblər.

“Həkimlər mənə kövrəlməyi icazə vermirlər. Amma mənimlə maraqlanan dostlar, yoldaşlar, həmkarların bu davranışını izlədikcə, özümü saxlaya bilmirdim. Mənə şəfa diləyən bütün insanlara təşəkkür edir, onlara can sağlığı arzulayıram. Allah hamısından razı olsun”.

 

Xatırladaq ki, Mülatif Adurov uzun illər Nəsir İmanquliyevin rəhbərlik etdiyi “Bakı” qəzetində çalışıb. Sonralar isə jurnalistik fəaliyyətini AzTV-nin İctimai-siyasi proqramlar və “Xəbərlər” redaksiyalarında davam etdirib. Müxtəlif vəzifələrdə, o cümlədən “Xəbərlər”in baş redaktor müavini, daha sonra isə baş redaktoru olub. Hazırda Modern.az saytının müəllif yazarlarından biridir.

 

Biz də həmkarımıza Allahdan şəfa və tez sağalmasını arzulayırıq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir