Modern.az

Trampdan Türkiyəyə qarşı sanksiya QƏRARI 

Trampdan Türkiyəyə qarşı sanksiya QƏRARI 

Dünya

15 Oktyabr 2019, 10:13

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar barədə hökm verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət katibi Mayk Pompeo açıqlama verib.

 

Trampın bu addımı Türkiyənin atəşi dayandırması üçün atdığı xəbər verilir.

“Bu icraedici akt Maliyyə Nazirliyi və Dövlət Departamentinə Türkiyənin Suriyada hərbi əməliyyatlarla bağlılığı olan şəxslərinə və təşkilatlarına qarşı sanksiya tətbiq etməyə imkan verir”- deyə Pompeo bildirib.

 

İlk mərhələdə 3 türkiyəli məmura qarşı sanksiya tətbiq olunub. Rəsmi Vaşinqton əməliyyatların dayandırılmayacağı halda sanksiyaların genişləndiriləcəyini əlavə edib.  

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı