Modern.az

Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı  

Goranboy bu məhsulun tədarükünə görə ilk sıralardadı  

15 Oktyabr 2019, 17:39

Cari ildə Goranboy rayonunda 8 hektar sahədə tütün məhsulu əkilmiş və əvvəlcədən aparılmış  aqrotexniki hesablamalara əsasən, hər hektara  1-1,5 ton məhsul tədarük ediləcəyi nəzərdə tutulub.


Modern.az xəbərt verir ki, 14 oktyabr 2019-cu il tarixə olan məlumata  əsasən 12 ton 684 kq qurudulmuş tütün məhsulu adiyyəti üzrə tədarük-qəbul məntəqəsinə təhvil verilmişdir. Bu, nəzərdə tutulmuş 100 faizlik nəticədən də yüksək göstəricidir. Bununla Goranboy rayonu birincilər sırasındadı.

 

Bundan başqa Goranboyda cari ildə əkilmiş 3102 hektar sahədən 15 0ktyabr 2019-cu il tarixinə,  5460,85 ton pambıq məhsulu təhvil verilmişdir ki, bu da 88 faiz göstəricidir.  Ümumilikdə, cari il üçün rayonda, məhsuldarlıq orta hesabla 20 sentner olmaqla, 6204 ton pambıq tədarük edilməsi nəzərdə tutulmuşdur.
Hazırda rayonda pambıq yığımı uğurla davam etdirilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır