Arxiv
16 Oktyabr 2019, 11:13 | AKTUAL
Prezident Administrasiyasının sektor müdiri gəncəliləri dinlədi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov sakinlərlə görüşüb.

Modern.az xəbər verir ki, tədbirdə şəhərdə fəaliyyət göstərən müxtəlif idarə, təşkilat və müəssisə rəhbərləri də iştirak ediblər. Görüşdə sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlərin tez bir zamanda aradan qaldırılması üçün müvafiq tapışırıqlar verilib.

 

Ara küçələrin asfaltlanması, gecə işıqlanma sisteminin qurulması, çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, uşaqlar üçün oyun meydançalarının yaradılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlərə cavab olaraq bildirilib ki, son aylar ərzində şəhərin əksər əsas küçələri asfaltlanıb. Hazırda Gəncənin su təsərrüfatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihə davam etdiyindən, o iş də buna müvafiq olaraq mərhələli şəkildə həyata keçirilir. Asfaltlanan küçələrdə gecə işıqlanması sistemi də yenidən qurulur. Çoxmənzilli binaların dam örtüyünün yenilənməsi, binaların fasadlarının təmiri, istismar müddətini başa vurmuş liftlərin yenilənməsi işləri də mərhələli şəkildə həyata keçirilir.

 

Görüşdə iştirak edənlər şəhərdə olan təhlükəli ağacların kəsilməsini, Vəli Xuluflu küçəsi və Məhsəti qəsəbəsinin nəqliyyat probleminin aradan qaldırılmasını da xahiş ediblər. “AzTelecom” internet provayderinin zəif işləməsindən şikayətlənənlər də olub. Görüşdə qeydiyyatsız evlərin sənədləşdirilməsi məsələsi də müzakirə olunub. Sakinlərə bildirilib ki, hazırda Kəpəz və Nizami rayon icra hakimiyyətlərində bu iş üzrə çalışan komissiya yaradılıb və mövcud problemin aradan qaldırılması istiqamətində iş aparılır.

 

Sakinlər öz şəxsi problemlərini də dilə gətiriliblər. Səsləndirilən əksər problemlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, sakinlərlə görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir. Əsas məqsəd sakinlərin problemlərini öyrənmək və qısa vaxt ərzində onları aradan qaldırmaqdır.

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Moody’s” 2020-ci ildə dünya iqtisadiyyatının inkişafı qarşısında duran əsas riskləri açıqlayıb 19 Noyabr 2019, 19:19 "Baklift-2"nin sabiq rəisi barəsində cinayət işi başlanıb 19 Noyabr 2019, 19:06 Gənc jurnalistlə müsahibə Cəlil Məmmədquluzadənin nəticəsini Bakıya necə gətirdi? 19 Noyabr 2019, 19:03 Salyanda 27 yaşlı qadın dəm qazından boğulub 19 Noyabr 2019, 18:45 Lənkəranda zəlzələ olub 19 Noyabr 2019, 18:32 80 yaşını qeyd etməli olan 70 yaşlı Sumqayıt FOTOLARDA 19 Noyabr 2019, 18:29 "Gəncə-Ağstafa sürətli dəmir yolunun işə salınması istiqamətində işlər gedir" - Prezident 19 Noyabr 2019, 18:02 Azəbaycan müəllimlərinə İsraildə təlim kursu keçirilir 19 Noyabr 2019, 17:50 Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib 19 Noyabr 2019, 17:43 “Məktəblinin dostu” layihəsi 19 Noyabr 2019, 17:36 Mina Abbasova 312 gimnast arasında 2-ci yerə çıxdı - FOTO 19 Noyabr 2019, 17:30 Deputatdan erməni və azərbaycanlı jurnalistlərin səfərlərinə ETİRAZ 19 Noyabr 2019, 17:24 “Yaltaq kişilərin sayı durmadan artır” – Azərbaycan qadınları kişilərdən NARAZIDIR 19 Noyabr 2019, 17:16 Dilçi alimlərdən Rafael Hüseynovun təklifinə ETİRAZ: ““Diaspora” sözü yanlışdır!” 19 Noyabr 2019, 17:09 AQTA maarifləndirir - “Qida məhsullarında antibiotik təhlükəsi”   19 Noyabr 2019, 17:04 Daxili İşlər naziri yeni rəisi şəxsi heyətə TƏQDİM ETDİ 19 Noyabr 2019, 17:00 “Mədəniyyətləri meydana gətirən insandır” - Fuad Bakışlı yazır   19 Noyabr 2019, 16:53 Havalar pisləşəcək, temperatur 5-8 dərəcə enəcək - Rəsmi XƏBƏRDARLIQ 19 Noyabr 2019, 16:46 Prezident yol tikintisinə 5 milyon manat ayırdı 19 Noyabr 2019, 16:44 Xəzərdə batan neftçinin meyiti tapıldı 19 Noyabr 2019, 16:40 Sözünün ağası olanların GÜNÜ... 19 Noyabr 2019, 16:36 Prezident Pirşağı stansiyasının açılışında - YENİLƏNİB 19 Noyabr 2019, 16:35 Azercell-in Rominqi millər qazandırır! 19 Noyabr 2019, 16:32 Deputatlardan erməni jurnalistlərin Bakıya gəlişinə REAKSİYA 19 Noyabr 2019, 16:31 “Aliment Fondunun yaradılmasının tam əleyhinəyəm”  - Komitə sədri 19 Noyabr 2019, 16:24 Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib - FOTO 19 Noyabr 2019, 16:17 “Eşitdim ki, Hafiz haqqımda status yazıb” – İsa Həbibbəyli 19 Noyabr 2019, 16:14 Türkiyə 29 İŞİD üzvünü Azərbaycana deportasiya edir 19 Noyabr 2019, 16:10 Vilayət Eyvazov yeni polis əməkdaşları axtarır - QAYDALAR   19 Noyabr 2019, 16:03 “Siz məni yaman tez qabaqlayırsız” - Novruz Məmmədov prorektor təyinatından DANIŞDI 19 Noyabr 2019, 15:57 Ermənilər Qarabağda gizli artilleriya təlimləri keçirdi 19 Noyabr 2019, 15:50 Novruz Məmmədov prorektor TƏYİN OLUNDU 19 Noyabr 2019, 15:48 Oqtay Gülalıyev başqa xəstəxanaya KÖÇÜRÜLDÜ 19 Noyabr 2019, 15:42 Dövlət Agentliyi yeni çəkilən yolda yaranan çatların səbəbini araşdırır - RƏSMİ 19 Noyabr 2019, 15:35 UNESKO baş qərargahında Mədəniyyət nazirlərinin birinci Forumu keçirilir 19 Noyabr 2019, 15:27