Arxiv
16 Oktyabr 2019, 12:00 | AKTUAL
Deputat: “Prezident daha bir mesaj verdi”

“Bu gün ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuza malik olması hər bir Azərbaycan vətəndaşının qürur və iftixarına çevrilib. Müasir dünyanın əsas liderlərindən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mötəbər tribunalardan səsləndirdiyi fikirlər, bəyanatlar, etdiyi çıxışlar, irəli sürdüyü çağırışlar dünya birliyi tərəfindən ehtiramla qəbul olunur. Müstəqil Azərbaycan Respublikası bütün dünyanın gözü qarşısında sabit, dinamik və sülhsevər dövlət kimi inkişaf edir, qətiyyətlə parlaq gələcəyə doğru addımlayır. Ölkə Prezidenti İlham Əliyevin dövlət başçısı kimi apardığı məqsədyönlü siyasətin real təntənəsi bütün sahələrdə hiss edilir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki,  bu günlərdə Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, həmin iclasın plenar sessiyasındakı çıxışı, qətiyyətlə səsləndirdiyi bəyanatlar ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı.

 

“Prezident İlham Əliyev fürsətindən istifadə edərək Azərbaycanda əldə edilən nailiyyətləri və qarşılıqlı əməkdaşlıq istiqamətindəki prosesləri diqqət mərkəzinə çəkməklə yanaşı ölkə reallıqlarını da beynəlxalq ictimaiyyətə çatdırdı. "Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş sərrast bəyanat Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri zamanı Xankəndidəki görüşü zamanı "Qarabağ Ermənistanındır, nöqtə” şəklində ifadə olunmuş sərsəm fikrinə beynəlxalq ictimaiyyət qarşısında obyektiv siyasi və diplomatik cavab oldu. Real gerçəkliyin ifadəsi olan “Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyənatı Prezident İlham Əliyevin müdrikliyini, hazırcavablığını bir daha təsdiq etdi”.

 

“Prezident İlham Əliyev dünyada çox böyük nüfuza malik beyin mərkəzlərindən biri olan Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasından sonra oktyabrın 15-də Bakıda keçirilənTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinə də diqqət çəkib: Türk Şurasının VII Zirvə Görüşü Naxçıvan Sazişinin imzalanmasının onuncu ildönümünə təsadüf edir. 2009-cu ilin oktyabrında dövlət başçılarının Azərbaycanın qədim şəhəri Naxçıvanda keçirilmiş Zirvə Görüşündə ölkələrimiz arasında əməkdaşlığın təsisatlanmış yeni formatı yaradıldı. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzur yerləşir. Vaxtilə Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Ancaq Naxçıvanda qəbul etdiyimiz qərarlarla və birgə işimizlə biz türk dünyasının birliyini daha da gücləndirdik və qardaşlığımızı davam etdiririk. Bu mənada Türk Şurasının yaradılmasına dair qərarın məhz Naxçıvanda keçirilmiş Zirvə Görüşündə qəbul edilməsi türk dünyası üçün böyük rəmzi əhəmiyyətə də malikdir” - deyə  deputat fikirlərinə əlavə edib:

“Regionun bugünkü reallıqlarını müzakirə etmək üçün Türkdilli Dövlətlərin rəhbərlərinin bir araya gəldiyi mötəbər beynəlxalq tədbirin tribunasından bu fikirlərin səsləndirilməsi Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda bir-birinə bitişik olan 3 tikilidə YANĞIN 11 İyul 2020, 19:26 Rayonlara leysan yağıb - FAKTİKİ HAVA 11 İyul 2020, 19:17 Baş Nazir banklarla bağlı Konstitusiya Məhkəməsinə sorğu GÖNDƏRDİ 11 İyul 2020, 19:06 Həftə ərzində gözlənilən hava şəraiti AÇIQLANDI 11 İyul 2020, 18:47 İlham Əliyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi iclasının gündəliyi AÇIQLANDI 11 İyul 2020, 18:20 Təhsil Jurnalistləri Birliyinin ilk virtual görüşü keçirildi 11 İyul 2020, 18:09 Pendirin orqanizmə faydaları və təhlükələri 11 İyul 2020, 18:00 Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinə ev verildi - VİDEO 11 İyul 2020, 17:52 Rəfael Ağayev Rusiyadan təklif aldı 11 İyul 2020, 17:45 Dünya çempionu vəfat etdi 11 İyul 2020, 17:37 190 manatı qarpız alıb təpikləyənlərlə bağlı AÇIQLAMA 11 İyul 2020, 17:30 İranda 188 nəfər koronavirusdan ÖLDÜ 11 İyul 2020, 17:22 Bağ evində narkotik becərən şəxs SAXLANILDI 11 İyul 2020, 17:14 Nazirlikdən 190 manat birdəfəlik ödəməni ala bilməyənlərə CAVAB 11 İyul 2020, 17:06 Bill Geytsdən koronavirusla mübarizədə YENİ TƏKLİFLƏR 11 İyul 2020, 16:57 Prokurorluq məlumat YAYDI 11 İyul 2020, 16:49 Körpünün altında top mərmisi tapıldı -FOTO 11 İyul 2020, 16:40 Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDI 11 İyul 2020, 16:30 17 mindən çox subbakalavr ərizəsini TƏSDİQLƏDİ 11 İyul 2020, 16:18 İlham Əliyev Monteneqronun prezidentini təbrik etdi 11 İyul 2020, 16:10 EANA-ya üzv agentliklərin növbəti vebseminarında medianın aktual problemləri müzakirə olunub -FOTO 11 İyul 2020, 16:00 Bir ton narkotik vasitə yandırıldı -FOTO 11 İyul 2020, 15:51 Şəkidə təkrar qarğıdalı əkini aparılır - FOTO 11 İyul 2020, 15:43 Formula 1-i bu ölkədə canlı izləmək olacaq 11 İyul 2020, 15:35 İcra başçısının işdən çıxarılmasına səbəb olan obyekt söküldü - VİDEO 11 İyul 2020, 15:27 Azərbaycan-Litva Hökumətlərarası Komissiyanın iclası keçirildi - FOTO 11 İyul 2020, 15:18 Sentyabrda dərslərə əvvəlki formada başlayacağıq - Cəsarət Valehov 11 İyul 2020, 15:10 Azərbaycanda daha bir həkim koronavirusa YOLUXDU 11 İyul 2020, 15:02 İlham Əliyev icra başçısını işdən çıxardı - SƏRƏNCAM 11 İyul 2020, 14:55 “Roskosmos” İlon Maskla əməkdaşlığa hazırdır 11 İyul 2020, 14:49 Dövlət Agentliyi 73 market və restoranda qayda pozuntusu aşkarladı - SİYAHI 11 İyul 2020, 14:44 Kişi qırığı 11 İyul 2020, 14:36 Kəlbəcərdə öldürülən şəhid Həsən Həsənovun anım günüdür 11 İyul 2020, 14:36 Ermənilər Qarabağ meşələrini kütləvi şəkildə qırır - FOTOFAKT 11 İyul 2020, 14:29 İran Xəzərdə kilkə ovuna başladı 11 İyul 2020, 14:25