Modern.az

Türkiyənin turizm sektorunda BÖHRAN yaşanır

Türkiyənin turizm sektorunda BÖHRAN yaşanır

Dünya

2 Avqust 2026, 00:29

Türkiyədə 2026-cı ilin ikinci rübündə ölkənin turizm gəlirləri illik müqayisədə 2,6 faiz azalaraq 15,86 milyard dollara düşüb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Statistika İnstitutu (Türkiye İstatistik Kurumu (TÜİK)) məlumat yayıb.

Bildirilib ki, ölkəyə gələn turistlərin sayı da 5,1 faiz azalaraq 15,58 milyon nəfər təşkil edib.

Türkiyəli analitiklərin qiymətləndirməsinə görə, geriləmənin əsas səbəblərindən biri lirənin məzənnəsinin sabit saxlanılması siyasəti nəticəsində istirahətin bahalaşmasıdır. Bu fonda Türkiyə tədricən ən əlçatan turizm istiqamətlərindən biri kimi nüfuzunu itirir.

Sizə yeni x var
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?