"Hertha"dan "Bayer"ə transfer olunan Kennet Ayxhorn hələlik yeni komandasında debüt edə bilməyəcək.
Modern.az xəbər verir ki, Almaniya klubunun açıqlamasına görə, 17 yaşlı futbolçuda müalicə tələb edən metabolik pozuntu aşkarlanıb.
Bildirilir ki, bu vəziyyət fiziki yüklənmə, mədə-bağırsaq xəstəliyi və çəki itkisindən sonra yaranıb. "Bayer"in idman direktoru Simon Rolfes "Kennetin tam sağalması üçün ona lazım olan vaxtı və dəstəyi verəcəyik", - deyə bildirib.
Qeyd edək ki, Ayxhorn ötən yay 9 milyon avro qarşılığında "Hertha"dan "Bayer"ə keçib.